Altı ayda vətəndaşların 1522 müraciətinə baxılıb. QHT rəhbərləri müxtılidf sahələrdə korrupsiya faktalrının araşdırlmasını vacib sayır
Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2013-cü ilin 6 ayı ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.
2013-cü ilin birinci yarısında Korrupsiyaya qarşı Mübarizə İdarəsi vətəndaşların 1 522 müraciətinə baxıb, həmçinin 166 cinayət xarakterli material araşdırıb. Cinayət xarakterli materialların 78%-i üzrə cinayət işi başlanıb.
İdarənin “Qaynar xətt” əlaqə mərkəzinə 6 ayda 3.237 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə cinayət işləri başlanıb, istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Birinci yarım ildə cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
2013-cü ilin birinci yarısında idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.
“Həmin cinayət işlərindən 1 şəxs barəsində 1 iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulmuş 16 milyon 460 min manat ziyandan istintaq müddətində 7 milyon 961 min manat və ya 48,4 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb”, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynovun fikrincə, son 6 ayda korrupsiyaya qarşı mübarizə dinamik olub.
“ASAN Xidmətin fəaliyyəti ölkədə şəffaflıq mexanizminin nümayişidir. Bu il ərzində bu xidmətə 270 min vətəndaş müraciət edib və müraciətlərin 98 faizi təmin edilib. ASAN Xidmət hazıra 9 sahəni əhatə edir və gələcəkdə əhatə dairəsi artırılacaq. Yaxın zamanda Bakının Yasamal rayonunda və Gəncə şəhərində ASAN Xidmət mərkəzləri təşkil edilcəck”, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi bildirib.
V.Hüseynov eyni zamanda qanunvericilik aktlarına müvafiq dəyişikliklər nəticəsində vətəndaşlara pasport və digər sənədlərin verilmə müddətinin qısaldıldığını, avtomobillərə texniki baxışla bağlı dəyişiklikləri qeyd edib.
Həmçinin “İctimai iştirak haqqında” qanun layihəsi hazırlanıb.
QHT rəhbərləri isə korrupsiya ilə bağlı müxtəlif problemlərə toxunub.
Onların fikrincə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciətlər artmaqda davam edir.
“Müraciət və şikayətlərin artması bu idarəyə vətəndaşlar arasında etimad və inamın artmasının göstəricisidir”, deyə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev qeyd edib.
Bununla yanaşı, Nuriyev idarənin araşdırdığı korrupsiya cinayətləri arasında çirkli pulların yuyulması, nüfuz alveri cinayətlərinə rast gəlinmədiyini deyib.
“Banklar hələ də “şapka” alır. Mənzil tikintisi və satışı ilə bağlı korrupsiya, dələduzluq və rüşvət halları davam edir. Nəyə görə, yuxarı vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilmir?”, o sual edib.
QHT rəhbəri həmçinin cinayət təqibinin korrupsiyaya qarşı mübarizədə effektli nəticə üçün yeganə vasitə olmadığını diqqətə çatdırıb.
“Korrupsiyaya qarşı Mübariz İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində önləyici tədbirlər keçirir, korrupsiyanın qarşısının alınması məqsədi ilə qurumlara təqdimatlar verir. Bunlar müsbət dəyişikliklərə səbəb olurmu? Suala cavab vermək üçün qiymətləndirmə də aparılmalıdır”, Nuriyev bildirib.
“Şəffaflıq Azərbaycan” Təşkilatının rəhbəri Rəna Səfərəliyeva mülkiyyət qeydiyyatı, təbii monopolistlər tərəfindən kommunal xidmətlərin təşkili, satınalmalar sahəsində və latent korrupsiyalarla bağlı faktların araşdırılmasına ehtiyac duyulduğunu bildirib.
“Vətəndaşlar göstərilən sahələrdə korrupsiya faktları ilə bağlı daha çox şikayət edir”, o qeyd edib.
QHT rəhbərləri dövlət məmurlarının yerlərdə vətəndaşların qəbulu sahəsində problemlərdən danışıb.
”Bəzi hallarda yerlərdə qəbullar qəbul xətrinə keçirilir. Vətəndaşlar icra hakimiyyətinə yaxın buraxılmır. İcra hakimiyyətlərini niyə polislər qorumalıdır?”, Sevgim Rəhmanov deyib.
QHT rəhbərləri həmçinin yerlərdə məmur özbaşınalığı, satınalmalar sahəsində problemlər və tenderlərdə bir çox hallarda qurum rəhbərlərinin qohumlarının rəhbərlik etdiyi şirkətlərin qalib elan edilməsinə diqqəti artırmağı vacib sayıb.
Jurnalistlərin suallarına cavabda Kamran Əliyev deyib ki, ASAN Xidmətin təşkili digər qurumlarda da yaxında dönüşün olacağını göstərir.
Onun sözlərinə görə, hakimlərin korrupsiya faktı ilə idarəyə müraciət daxil olmayıb
“Məhkəmə icraçıları ilə bağlı bir müraciət daxil olub və araşdırılıb”.
Beynəlxalq mediada Azərbaycanda korrupsiya faktları ilə bağlı sualın cavabında Əliyev “yazılanlar çox vaxt siyasi təbliğat xarakteri daşıyır”, deyə bildirib.
Məmurların gəlirləri ilə bağlı bəyannamənın nümunəsinin indiyədək təsdiq edilməməsinin səbəbləri ilə bağlı sualın cavabında Vüsal Hüseynov deyib ki, bəyannamənin nümunəsi artıq hazırlanıb.
“Bəyannamə nümunəsi hazırda müzakirə prosesindədir. Bu sənəd beynəlxalq qurumlar, ekspertlər və yerli QHT-lər tərəfindən müzakirə olunub”, o qeyd edib.
Bununla yanaşı, bəyannamə nümunəsinin təsdiqinin və tətbiqinin nə vaxt baş verəcəyini deməyib.