Accessibility links

Sergey Maqnitski 3 il müddətinə azadlıqdan məhrum edilib


Moskvanın Tverskoy məhkəməsi Sergey Maqnitskinin 3 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Hakim İqor Alisov hökmü oxuyarkən müttəhimlərin yerindən başqa məhkəmə zalında boş yer olmayıb.

Hermitage Capital fondunun mərhum auditoru Sergey Maqnitski ölümündən sonra həbsə məhkum edilib. Şirkətin sabiq rəhbəri Uilyam Brauder qiyabi şəkildə 9 il müddətinə azadlıqdan məhrum edilib.

2009-cu ildə Maqnitsikinin ölümü beynəlxalq qınaqla qarşılanmışdı.

Hermitage Capital investisiya fondunun direktoru Brauderin məhkəmə prosesi qiyabi şəkildə keçirilib.
Ən böyük beynəlxalq investisiya şirkətində vəkil kimi çalışan Sergey Maqnitski Rusiyanın Daxili İşlər Nazirliyinin işçilərinin də əli olmaqla, 5.4 milyard rublun(230 milyon dollar) oğurlandığını üzə çıxarmışdı.

Az sonra həmin məmurlar tərəfindən korrupsiya ittihamı ilə Maqnitski özü həbs edilmişdi. 2009-cu ildə 37 yaşlı hüquqşünas məhkəməsinə qədər saxlandığı təcridxanada dünyasını dəyişmişdi.

Ulyam Brauder Maqnitskinin ölümündən sonra Rusiyada insan haqlarının vəziyyəti və korrupsiya əleyhinə beynəlxalq kampaniya aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG