Accessibility links

Beynəlxalq ictimaiyyət Navalnının həbsinə görə narahatlığını ifadə edib



Birləşmiş Ştatlar Aleksey navalnı və Pyort Ofitserovun həbs cəzasına məhkum edilməsini qınayaraq, Rusiya hökumətini korrupsiya əleyhinə mübarizə aparan fəallara qarşı təzyiqləri dayandırmağa çağırıb. Bu açıqlamanı verən Ağ Evin sözçüsü Cey Karni ABŞ hökumətinin məhkəmənin hökmü ilə dərin təəssüf hissi keçirdiyini deyib və əlavə edib ki, qərar Rusiyada vətəndaş cəmiyyətində fərqli düşüncəyə malik insanlara qarşı təəssüf doğuran təqib tendensiyasına sonuncu misaldır.


Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton Navalnının məhbəs məhkum edilməsi il bağlı narahatlığını bildirərək, məhkəmə işinin gedişi zamanı ittihamların əsaslandırılmadığını deyib.

Britaniyanın Xarici İşlər naizir Vilyam Heyq Rusianı ədalət prinsiplərinə hörmət etməyə və qanunun aliliyinə riayət edilməsini təmin etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG