Accessibility links

Transparency İnternational qlobal korrupsiyaya dair hesabat açıqlayıb


Transparency İnternational təşkilatı korrupsiyaya dair hesabat açıqlayıb.

Qlobal sorğulara əsaslanan hesabatda bildirilir ki, son 2 il ərzində vəziyyət pisləşib. Son 12 ayda rəsmilərin rüşvət almalarına dair şikayətlər 27 dəfə artıb.

Respondentlərin cavablarından məlum olub ki, insanlar polis və məhkəmələr kimi müdafiə və ictimaiyyəti təmsil edən təsisatlara etibar etmir.

Dünyada ən korrupsioner qurumlar siyasi partiyalar hesab edilir. 51 ölkədə siyasi partiyalar birinci sırada yer alıb.

36 ölkədə respondentlər polisi korrupsiyalaşmış təsisat adlandırıb. 20 ölkədə isə ədliyyə sistemi rüşvətxorluğu ilə seçilib.

Transparency International korrupsiya sahəsində ən yüksək göstəricilərə Afrika ölkələrinin malik olduğunu bildirib. Ərəb ölkələrində 2011-ci il inqilablarından bəri korrupsiyanın səviyyəsi yüksəlib.

İsrail, Yaponiya, Sudan və Cənubi Sudanın dini qurumları korrupsiya sahəsində öndə gedir.

Respondentlərin əksəriyyəti hökumətlərin korrupsiya ilə mübarizə səylərini qeyri-effektiv adlandırıb.

Qlobal Korrupsya Barometri adlanan sorğu 107 ölkədə 114 min insanın iştirakı ilə keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG