Qarabağ-Qalatasaray komandaları zəlzələ bölgəsinə yardım məqsədilə yoldaşlıq görüşü keçirəcək

Zəlzələ nəticəsində evlərini itirmiş Kahramanmaraş sakinləri üçün quraşdırılmış çadır düşərgəsi (11 fevral, 2023-cü il)

Martın 26-da Bakı Olimpiya Stadionunda xeyriyyə məqsədl ilə Türkiyənin “Qalatasaray” futbol klubu ilə Ağdamın “Qarabağ” klubu arasında yoldaşlıq görüşü keçiriləcək.

Bakı Olimpiya stadionu 62 mindən çox tamaşaçı tutur. Biletlərin qiyməti 100 manatadəkdir.

“Qarabağ” futbol klubunun mətbuat katibi Gündüz Abbaszadə Amerikanın Səsinə açıqlamasında “Qalatasaray”la Bakı Olimpiya Stadionunda keçiriləcək xeyriyyə oyununa 60 mindən çox biletin satıldığını bildirib.

Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.