Müttəhimlər kürsüsündə 18 nəfər əyləşib. Onların arasında REAL hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqaublu da var
Yanvarın 15-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı iğtişaşları üzrə proses davam edib.
Turan agentliyinin məlumatına görə, İsmayıllı polisinin əməkdaşı Fərəc Əzizov ilkin istintaqa verdiyi ifadədən imtina edib.
O deyib ki, İsmayıllı hadisələri zamanı müttəhimlərdən heç birini orada görməyib. Lakin ilkin istintaq materiallarına əsasən F.Əzizov REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun adamları iğtişaşlara sövq etdiyini gördüyünü bildirib.
Bu günkü prosesdə F.Əzizov deyib ki, öz ifadələrini oxumayıb və ona verilən mətni imzalayıb.
Hakim və prokurorun çoxsaylı suallarına baxmayaraq, F.Əzizov müttəhimlərin əleyhinə ifadə verməyib.
Sonra mülki şəxslərdən 5 zərərçəkən çıxış edib. Onların arasında “Çıraq” otelinin əməkdaşları da olub. İğtişaşlar zamanı onların avtomobillərinə və digər əmlaklarına ziyan dəyib. Lakin onlar bildiriblər ki, müttəhimlərə qarşı heç bir iradları yoxdur.
Günün ikinci yarısında proses davam edib.
Bundan əvvəl də iki şahid polis İ.Məmmədovla T.Yaqublunun adamları qanunsuz hərəkətlərə sövq etməsinə dair ifadələrindən imtina ediblər.
Xatırladaq ki, müttəhimlər kürsüsündə 18 nəfər əyləşib. Onların arasında REAL hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqaublu da var. Onlar 2013-cü il yanvarın 23-24-də kütləvi iğtişaşların təşkilində və iştirakda ittiham olunurlar.