İranda prezidentliyə namizədlik uğrunda mübarizə başlayıb

A man gestures towards soldiers arriving to control a protest against military rule in central Bangkok, May 23, 2014.

“Kiminsə namizədliyini zorla qəbul etdirmək istəyənlərin yuxusu çin çıxmayacaq”, deyə İran Məhkəmə Susteminin rəhbəri hazırki prezident Əhmədinejatı tənqid edib. İranda president seçkiləri bu il iyunda olacaq
İran Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadıq Laricani yanvarın 9-da qurum rəsmiləri ilə görüşündə qarşıdan gələn prezident seçkisindən danışıb.

“Media forum” saytının məlumatına görə, Sadıq Laricani çıxışında İran prezidenti Mahmud Əhmədinejadın adını çəkməsə də, dolayı yolla onun öz adamını prezidentliyə namizəd etməyə çalışdığını söyləyib.

“Ola bilsin, bəziləri qeyri-adi yollar və üsullarla kiminsə prezidentliyə namizədliyini irəli sürməyə çalışacaq. Amma vətəndaşlar ayıq tərpənəcək və onları öz yerində oturdacaq. Xalq 2009-cu ildə fitnə cərəyanının qarşısını aldığı kimi yenə bu tip fitnəçi və ya azğın cərəyanları yerində oturdacaq. Prezidentliyə qeyri-adi yollar və üsullarla kiminsə namizədliyini sistemə zorla qəbul etdirmək istəyənlərin yuxusu çin çıxmayacaq”.

Son vaxtlar İranın dini lideri ayətullah Əli Xamneyinin tərəfdarı olan bəzi KİV-lər Əhmədinejadı öz qudası İsfəndiyar Rəhim Məşayini prezidentliyə namizəd etmək cəhdində günahlandırır.

İsfəndiyar Rəhim Məşayi hazırda İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəridir.

İranda növbəti prezident seçkisi 2013-cü ilin iyununda keçiriləcək.