Accessibility links

İranda prezident seçkiləri böhranlı dövr yaşamaqdadır


İranın sabiq prezidenti Məhəmməd Xatəmi ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini 5 həftəlik mübarizədən sonra geri götürüb. Vaşinqtondakı siyasi ekspertlər İranın ən populyar islahatçı siyasətçisinin bu qərarının arxasında dura biləcək səbəbləri şərh edirlər.

Məhəmməd Xatəminin prezident seçkilərindən qəflətən çəkilməsi bəzi təhlilçilərdə onun əvvəldən belə bir niyyətdə olması, yoxsa rəqiblərinin təsiri altında bu fikrə düşməsi barədə suallar yaratdı.

Vaşinqtonda yerləşən müstəqil Konres Araşdırmalar Xidmətindən Ken Katsman deyir ki, Xatəmi onsuz da seçkilərdən çəkiləcəkdi, onun bu yarışa qatılmaqda məqsədi digər bir siyasi fiquru - sabiq baş nazir Mir Hüseyn Musəvini seçkiyə cəlb etmək idi.

Katsman deyir ki, Xatəmi həmişə Musəvini istəyib və onun islahatçı namizəd kimi seçkiyə qatılmasının tərəfdarı olub.

Musəvi bu seçkiyə qatılmayacağını nümayiş etdirəndə, Xatəmi istəyib ki, islahatçıların heç olmasa, bir güclü namizədinin olduğunu nümayiş etdirsin.

Lakin indi Musəvi namizədliyini irəli sürüb və islahatçıların eyni vaxtda iki namizədə ehtiyac yoxdur.

İran mətbuatının yazdığına görə, Xatəmi hələ ötən ayın əvvəllərində Musəvini seçkidə iştirakla bağlı qərar verməyə çağırmışdı.

Musəvidən heç bir hərəkət görmədiyinə görə, Xatəmi fevralın 8-də öz namizədliyini elan etdi.

Lakin ötən həftə Musəvi irəli çıxdı, Xatəmi isə geri çəkildi.

Bir çox şərhçilərə görə, Xatəmi ən yaxşı halda, könülsüz namizəd idi.

Stratfor mərkəzindən Reva Bhalla deyir ki, əksər iranlılar kimi, Qərbdə də Xatəminin namizədliyinə güclü maraq var idi.

O deyir ki, Xatəminin İranın daxilində də müəyyən dəstəyi var idi. Ancaq bu, Qərbdə çoxlu mübaligələr yaradıb.

Belə ki, onun həqiqətən də qayıdıb İranı başqa istiqamətə aparacağını düşünənlər az idi.

İslahatçı Məhəmməd Xatəmi 1997-ci ildən 2005-ci ilə qədər iki müddətə prezident olub.

Lakin 2005-ci il seçkiləri ortaya surpriz nəticə çıxardı -Tehranın az tanınan meri Mahmud Əhmədinecad seçkini uddu.

Mühafizəkarlar Xatəmiyə və onun ideyalarına mənfi münasibət bəsləyir.

Sabiq prezident öz arqumentləri ilə İranın siyasi spektrinin digər tərəfini təmsil edir. Bəzi islahatçılar hələ də ona sadiq qalırlar.

Ceyns müdafiə nəşrlərinin təmsilçisi Aleks Vatanka deyir ki, əksər iranlılar onun hakimiyyətindən xəyal qırıqlığına uğrayıblar.

Belə ki, 1997-ci ildə İran seçicilərinin yekdilliklə dəstəyini qazanan Xatəmi ictimaiyyətə bir çox vədlər vermişdi.

Və 8 iilik hakimiyytəti dövründə onların bir çoxunu reallaşdırmadı.

Vatanka deyir ki, “indinin özündə də Xatəminin vədləri insanların çoxunun təsəvvüründə yaşayır”.

Təhlikşi Ken Katsman isə hesab edir ki, həm islahatçı, həm də mühafizəkar düşərgəsində siyasətçilər Xatəninin namizədliyinin bəzi həssas yaraları açacağına inanırdılar.

İranda prezident seçkiləri ABŞ-ın yeni Administrasiyasının Tehranla dialoqa hazır
olduğnu göstərməsindən sonra indi böhranlı dövr yaşamaqdadır.

Vaşinqtondakı analitiklərə görə, təbii ki, Mahmud Əhmədinejadla müqayisədə başqa islahatçı prezidentlə əməkldaşlıq etmək daha asan olar. Lakin onların fikrincə, İranda son söz ali dini rəhbər Ayətulla Əli Xameneyiyə məxsusdur.


XS
SM
MD
LG