Beynəlxalq hüquq müdafiə təşkilatları koalisiyası İlham Əliyev hökumətini insan haqları və azadlıqları pozmaqda ittiham edir
Azərbaycan üzrə beynəlxalq hüquq müdafiə təşkilatları koalisiyası (İPGA) birgə bəyanatla çıxış edərək son həftələrdə baş verən hadisələri pisləyib.
“2013-cü ilin mart ayı indiyədək Azərbaycanda ifadə azadlığı üçün, ictimai maraq doğuran məsələlər üzrə fikir bildirmək hüququnu həyata keçirən və ya Azərbaycan hakimiyyətini tənqid edən şəxslər üçün ağır keçdi,” deyə bəyanatda qeyd edilir.
2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərini gözləyərkən, vətəndaş fəallığı, korrupsiyaya qarşı etirazlar xeyli artır. Lakin buna cavab olaraq fiziki zorakılıq, kütləvi həbslər və vətəndaş fəallarına qarşı böyük cərimələr müşahidə olunur.
Nümunə olaraq bəyanatda rüşvət tələb etmək ittihamı ilə 9 il müddətinə həbs edilmiş “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı barəsində 12 mart tarixli hökm qeyd edilib.
Martın 15-də “Xəyal TV” regional telekanalının işçiləri Vüqar Qonaqov və Zaur Quliyev 3 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Zeynallıdan başqa, 6 digər jurnalist siyasi motivli ittihamlarla həbsdədir: Fərəməz Novruzoğlu və Fuad Hüseynov, Hilal Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev və Araz Quliyev.
Martın 14-də NİDA gənclər hərəkatının fəalı Rəşad Həsənov, bir neçə gün əvvəl isə onun həmkarları – Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov həbs ediliblər. Onların hamısı partlayıcı maddələrdən istifadə ilə kütləvi iğtişaşlar hazırlamaqda və narkotik saxlamaqda ittiham ediliblər.
Martın 14-də REAL hərəkatının lideri İlqar Məmmədovun həbs müddəti iki ay uzadılıb.
Martın 8-də Müsavat Partiyasının fəalı Mahir Bayramlı 5 gün müddətinə həbs edilib.
Martın 11-də prezident İlham Əliyev QHT-lər haqqında qanuna vətəndaş cəmiyyətinin fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq edən düzəlişləri təsdiq edib. Bu tələblərin yerinə yetirilməməsi hədsiz dərəcədə böyük cərimələrə və əmlakın müsadirə olunmasına gətirib çıxara bilər.
Martın 6-da İnsan Hüquqları Klubu hakimiyyətin bu ictimai təşkilatın Amerika-Britaniya vətəndaşı olan üzvü Rebekka Vinsentin ölkəyə girişinin qadağan edilməsi ilə əlaqədar bəyanatla çıxış edib.
Martın 18-də “Azərbaycanda insan hüquqları sahəsində iş” adlı fotosərgi dağıdılıb. Sərgi Regional İnkişaf Qadınlar Cəmiyyəti və İnsan Hüquqları Evi tərəfindən təşkil edilmişdi.
Martın 15-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev xarici QHT-ləri Azərbaycanın “daxili işlərinə” qarışmaqda ittiham edib.
Bununla əlaqədar olaraq İGPA yerli hüquq müdafiə təşkilatları ilə birlikdə Azərbaycan hakimiyyətini:
Fikri ifadə etmək azadlığı hüququnun həyata keçirilməsi ilə əlaqədar nəzarətdə və ya həbsdə saxlanılan bütün şəxsləri, o cümlədən Əvəz Zeynallı, Fərəməz Novruzoğlu, Fuad Hüseynov, Hilal Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev və Araz Quliyevi dərhal və qeyd-şərtsiz azad etməyə;
İlqar Məmmədovu dərhal və qeyd-şərtsiz azad etməyə;
Rəşad Həsənov, Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizovu dərhal azad etməyə;
Xədicə İsmayılovaya qarşı böhtan və şantaj kampaniyanın müstəqil araşdırılmasını təmin etməyə və sifarişçiləri məsuliyyətə cəlb etməyə;
Elmar Hüseynovun və Rafiq Tağının qətlinin beynəlxalq standartlara uyğun olaraq səmərəli araşdırmağa, qətl təqsirkarlarını və sifarişçilərini məsuliyyətə cəlb etməyə;
Jurnalistlərə qarşı bütün zorakılıq və təqib hallarını araşdırmağa, təqsirkarları və sifarişçiləri ədalətli mühakiməyə cəlb etməyə;
İfadə azadlığı hüququnu məhdudlaşdıran qanunvericiliklərə, o cümlədən QHT haqqında qanunvericiliyə və 2012-ci ilin noyabrında qəbul edilmiş toplaşmaq azadlığı haqqında qanuna dəyişikliklər etməyə;
Həm online, həm də offline ifadə, birləşmək və dinc toplaşmaq azadlığı hüquqlarına hörmət etməyə çağırıb.
IPGA və Azərbaycanın hüquq müdafiə təşkilatları hesab edir ki, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinə aşağıdakı mühüm problemlər üzrə tövsiyələr verməlidir:
Jurnalistlərin yaşamaq hüququnu təmin etmək iqtidarında olmamaq;
Jurnalistlərə qarşı zorakılıqların cəzasızlığı;
Şəxsi həyat hüququnun pozulması;
Siyasi motivli həbslər;
Qeyri-insani rəftar;
İfadə azadlığı ilə bağlı qanunverici məhdudiyyətlər;
Online ifadə azadlığı ilə bağlı məhdudiyyətlər;
KİV üzərində dövlət nəzarəti.
Bəyanatı Article 19, Jurnalistləri Müdafiə Komitəsi, İnsan Hüquqları Klubu, International Media Support, Senzura İndeksi, RATİ, Müharibə və Sülh İnstitutu, Açıq Cəmiyyət Fondu, KİV-in müxtəlifliyi institutu, Media Hüquqları İnstitutu, Sərhədsiz Reportyorlar imzalayıb.