İBAHRİ Azərbaycandakı həbsləri pisləyir

Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyası (İBAHRİ)

Assosiasiya Avropa Şurasını duruma təcili qiymət verməyə çağırır

Mərkəzi ofisi Londonda yerləşən Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyası (İBAHRİ) Avropa Şurasının Nazirlər Komitəsini Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərinin həbslərinin narahatedici tendensiyasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır.

IBAHRI həmçinin vəziyyəti müzakirə etmək və son həbsləri pisləyən qətnamə hazırlamaq məqsədi ilə Avropa Şurasının Baş katibini komitənin təcili iclasını keçirməyə çağırır.

Assosiasiyanın məlumatında deyilir ki, İBAHRİ-nin həmtəsisçisi Helena Kennedi bildirib ki, narahatedici və porodoksal hadisədə maraqlı olan Azərbaycanın AŞ-sı Nazirlər Komitəsinin sədri olmasıdır. “Bu ölkənin öz yurisdiksiyasında vətəndaş cəmiyyətinə qarşı sərt olan dramatik hadisələr baş verir. Azərbaycan AŞ-nın demokratik dəyərlərini təmsil edən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının zəmanət verdiyi əsas azadlıqları daha da sarsıdır”.

O, əlavə edib ki, fundamental insan hüquqlarını qorumaq üçün Azərbaycanın yerli və beynəlxalq öhdəlikləri var. “Azərbaycan iqtidarının bu əsas azadlıqları belə kobudcasına pozlması tamamilə yolverilməzdir”.

Assosiasiya buna nümunə olaraq hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin həbsini, RATİ-rəhbəri Emin Hüseynovun ölkədən getməsinə qadağan qoyulması kimi faktları sadalayıb.

Bu faktları sadalayan İBAHRİ Azərbaycan hökumətini vətəndaşları qarşısında qanunun aliliyinə hörmət etməyə və öz öhdəliklərini yerinə yetirməyə çağırır.