Human Rights Watch Rusiyanı insanların azad toplaşma hüququnun müdafiəsinə çağırıb. Qrup Moskvanı dinc nümayişçilərin həbsi və zorakılıqlara səbəb olanların məsuliyyətə cəlb edilməməsinə görə tənqid edib.
Təşkilat şənbə və bazar günləri 130 nümayişçinin həbs edildiyini bildirib. Human Rights Watch Moskvada təşkil edilən nümayişin dinc olduğunu və polisin müdaxiləsinə təhrikçilik edilmədiyini deyib.
Təşkilatın icraçı direktoru Ceyn Bukanan Amerikanın səsinə bildirib ki, Rusiya hökuməti vətəndaşlarının sərbəst toplaşma və ifadə azadlığını təmin etməli, yalnız ictimai asayişə təhlükə yarandığı təqdirdə məhdudiyyətlərə əl atmalıdır. Nümayişçilərdən bir necəsi nəzarət altına alındıqdan sonra azad edilsə də, digərləri 10 sutkalıq həbs cəzasına məhkum edilib.