Accessibility links

Rusiyanın Böyük teatrı indi canlı olaraq YouTube-da (audio)


Rusiyanın məşhur Böyük Teatrı özünün yeni YouTube kanalını yaradıb. Tamaşalar rusialı tamaşaçılar üçün canlı və pulsuz yayımlanacaq.

Yeni yaradılmış Bolşoy YouTube kanalı haqda xəbər Rusiya boyu yayımlanan xəbərlər içində ən çox oxunan olub. Niyə? Ona görə ki, yeddi il təmir ediləndən sonra bu ilin əvvəli yenidən açılan teatra bilet əldə etmək çox çətindir.

Biletin qiyməti 30 dollarla min dollar arasındadır. Qanunsuz bilet alverləri aşkar edilib və əvvəlcədən biletləri alaraq sonradan şişirdilmiş qiymətə satmağa cəhd göstərən bir çox insan həbs edilib. Amma bu qiymət aylıq məvacibi 1000 dolllar təşkil edən ruslar üçün əl çatmazdır.

Böyük teatr 2010-cu ildən bəri tamaşalraını canlı video translyasiyası vasitəsi ilə bütün dünya kino-teatrlarında nümayış etdirir. İndi isə ölkə boyu tamaşa sevənlər məşhur tamaşaları öz evlərindən internet vasitəsi ilə izləyə biləcəklər.

Anton German Böyük teatrın baş direktorunun müavinidir. O deyir ki, Rusiya internet istifadəçiləri Böyük teatrın YouTube kanalına daxil olaraq teatrda və kino-teatrlarda nümayiş etdirilən bütün tamaşaları eyni vaxtda öz evlərində izləyə biləcəklər.

Andrey Merkutiyev teatrda əsas rəqqaslardan biridir. O kanalın açılmasına çox sevindiyini deyir. Ona görə ki, bu kanal maliyə vəziyyətindən asılı olmayaraq hər kəsə mədəniyyətdən həzz almağa imkan yaradacaq.

Andrey Merkutiyev: “Yadımdadır uşaq ikən, Sovet dövründə televiziyada balet tamaşaları nümayiş etdirirdilər. İndi də əlbətdə ki, mədəniyyət kanalı ilə opera, balet nümayiş etdirilir. Lakin insanlar daha da çox tamaşalar izləmək istəyir və onların Böyük teatr və ya başqa teatrlara getməyə imkanları olmur.”

Böyük teatrın baş direktorunun müavini Anton Getman deyir ki, bəzən balet, opera tamaşalarını YouTube-da izləmək onları zalda, canlı şəkildə izləməkdən daha yaxşıdır.

Anton Getman: “fasilə zamanı və ya fasilələr zamanı zaldakı tamaşaçılar bufetə gedir və ya foyedə gəzirlər. Lakin kino-teatrlarda və ya kompyuter qarşısında əyləşən tamaşaçılar fasilə zamanı kamer köməyi ilə səhnənin arxasnıda baş verənləri izləyə bilirlər. Onlar artist və rejissorların müsahibələrini, hətta tamaşaya hazırlığı izləyə bilirlər. Bütün bunları bilet alaraq tamaşanı zalda izləyən tamaşaçılar görə bilmirlər.”

YouTube vasitəsilə Böyük Teatrda nümayiş etdirilən tamaşa ilk dəfə mart ayının 11 canlı olaraq yayımlanıb.

XS
SM
MD
LG