"Rəfsəncaninin namizədliyinin rədd edilməsi nəticəsində xalq bir daha bütün problemlərdə yalnız Xamneyinin günahkar olduğunu görür"
İran İslam Respublikasının ilk prezidenti, hazırda Fransada mühacirətdə yaşayan Əbülhəsən Bənisədr mayın 21-də jurnalistlərə açıqlamasında Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncaninin prezidentliyə namizədliyinin qeydə alınmamasından danışıb.
“Media forum” saytının məlumatına görə, Əbülhəsən Bənisədr deyib ki, iyunun 14-də İranda keçiriləcək prezident seçkisi və onun nəticələri əvvəlcədən düzülüb-qoşulub: “Budəfəki seçkinin özəlliklərindən biri ondan ibarətdir ki, hər şey əvvəlcədən müəyyən edilib. Məqsəd isə odur ki, ölkədəki respublika idarəçilik sistemi mahiyyətcə dəyişsin, cümhuriyyətdən əsər-əlamət qalmasın və ölkə prezidenti dini liderin qulluqçusuna çevrilsin.
Güman edirəm ki, Haşimi Rəfsəncani prezidentliyə namizədliyini irəli sürməklə siyasi həyatının son qumarına girib. Namizədliyinin rədd olunması ilə o, bu qumarda heç nə uduzmur. O nəinki heç nə itirmir, əksinə, qazanır da. Onsuz da son 8 ildə hər şeyi, bütün imtiyazları onun əlindən alıblar. Seçkiyə qatılmaqla Rəfsəncani itirdiyi imicini bərpa edə bildi.
Hadisələr xalqa göstərdi ki, hakimiyyət artıq özündən olan Rəfsəncani kimi bir şəxsə də dözə bilmir. Bu isə Rəfsəncani üçün uduşdur. Bununla da o, cəmiyyətdə əvvəlki nüfuzunu qaytarmış olur. Onun yerinə kim olsaydı, belə edərdi. Haşimi Rəfsəncaninin namizədliyinin rədd edilməsi nəticəsində xalq bir daha ölkənin qarşılaşdığı bütün problemlərdə yalnız Xamneyinin günahkar olduğunu görür və onu bütün uğursuzluqların səbəbkarı sayır”.
Bənisər 1980-ci il fevralın 4-dən 1981-ci il iyunun 21-dək İran prezidenti olub.