Accessibility links

Sürpriz namizədlər İranda seçki mənzərəsini dəyişib [Təhlil]


2009-cu ilin kütləvi etiraz aksiyaları ilə müşayiət edilən prezident seçkilərindən sonra İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi ümid edə bilərdi ki, bu iyun seçkilərində öz müttəfiqini rahatlıqla hakimiyyət başına gətirə bilər. Lakin meydana çıxan gözlənilməz namizədlər buna yol verəcəkmi?

Mahmud Əhmədinejad və onun yaxın müttəfiqi İsfəndiyar Maşayi parlamentdə sərt tənqidlərlə üzləşiblər
Mahmud Əhmədinejad və onun yaxın müttəfiqi İsfəndiyar Maşayi parlamentdə sərt tənqidlərlə üzləşiblər
Prezident Əhmədinejadın müttəfiqi İsfəndiyar Rəhim Maşayi və sabiq prezident Əkbər Haşemi Rəfsəncaninin namizədliyi ali ruhanil liderin planlarına real təhlükə kimi qiymətləndirilir.

Xameneyi 2009-cu ildə mühafizəkarların münafiq adlandırdıqları Maşayinin vitse-prezidentliyinə o dərəcədə zidd idi, özü şəxsən bunun həyata keçməsinə mane olmuşdu.

Amma Xameneyinin Rəfsəncani ilə ixtilafı bundan qat-qat əvvəllərə gedib çıxır.

Maşayi iyun ayının 14-də keçiriləcək seçkiləri üçatlı yarışa çevirə biləcəkmi?

Əgər onun rəqibləri məğlub olsa belə, Xameneyinin dəstəyini əldə edən namizədlərin ictimai marağa sahib olacaqları gözlənilir.

Nüvə proqramına görə sanksiyalardan iztirab çəkən İran azsaylı müttəfiqlərindən biri olan Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləməklə siyasi sistemdə güclü və funksional bir qüdrətə malik olduğunu nümayiş etdirməyə çalışır.

Rəfsəncani 1989-1997-ci illərdə prezident ikən ölkə iqtisadiyyatının liberallaşdırılması və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması səylərinə görə Xamaneyi və sərtxətt tərəfdarlarının qarşıdurması ilə üzləşmişdi.
Yarışlar 2005-ci ildə hakimiyyət başına gələn Əhmədinejad düşərgəsi ilə Rəfsəncani arasında mübarizəyə də yol aça bilər. Bu həm də Rəfsəncaninin Xameneyi ilə 2009-cu ildə islahat tərəfdarı müxalifəti dəstəklədiyinə görə gərginləşən münasibətlərini diqqət mərkəzinə gətirə bilər.

Rəfsəncani 1989-1997-ci illərdə prezident ikən ölkə iqtisadiyyatının liberallaşdırılması və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması səylərinə görə Xamaneyi və sərtxətt tərəfdarlarının qarşıdurması ilə üzləşmişdi.

Əkbər Haşemi Rəfsəncani
Əkbər Haşemi Rəfsəncani
Ötən həftə Rəfsəncani Xameneyinin razılığı olmadan yarışlara qoşulmayacağını bildirmişdi. Lakin təhlilçilər son anda əldə edilən razılığın Rəfsəncani üçün lazımi dəstək olmayacağını deyirlər.

Qızını prezidentin oğlu ilə evləndirməklə Əhmədinejada yaxınlaşan Maşayi Xameneyinin tərəfdarlarının xoşuna gələn namizəd deyil.

Ali ruhani liderin dəstəyi olmadan Maşayinin qeydiyyatdan keçməsi Xameneyiyə birbaşa meydan oxuması deməkdir. Lakin namizədləri “ələkdən keçirən” Nəzarət Şurasının Əhmədinejadın dəstəklədiyi namizədi təsdiq edəcəyi inandırıcı görünmür.

Tehran meri Məhəmməd Bağır Qalibaf, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti və sabiq parlament spikeri Qulaməli Həddad Adilin yarışlarda iştirakı isə şübhə doğurmur.
XS
SM
MD
LG