Accessibility links

İran: 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb


İranda prezidentliyə namizədlər
İranda prezidentliyə namizədlər

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncani və Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Məşayinin namizədliyi rədd olunub

İranda prezidentliyə namizədlərin səlahiyyətini araşdıran Konstitusiyaya Nəzarət Şurası hələ rəsmi açıqlama verməsə də, 8 nəfərin namizədliyinin qeydə alındığı haqda məlumat yayılıb.

İranın “Mehrnews” agentliyinin mayın 21-də yaydığı məlumata görə, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani və İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin prezidentliyə namizədliyi rədd olunub, 8 nəfərin namizədliyi isə təsdiq edilib.

Prezidentliyə namizədliyi qeydə alınanlar bunlardır:

Qulaməli Həddad Adil
Səid Cəlili
Möhsün Rzayi
Həsən Ruhani
Məhəmmədrza Arif
Məhəmmədbağır Qalibaf
Məhəmməd Qərəzi
Əli Əkbər Vilayəti.
XS
SM
MD
LG