Mayın 17-də Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Cənnəti qarşıdan gələn prezident seçkisindən və namizədlərin xalqa vədlərindən danışıb.
Gələn ay İranda prezident seçkisi keçiriləcək.
“Media forum” saytının məlumatına görə, axund Cənnəti deyib ki, növbəti prezident sadə həyat tərzi sürməli, fəsada qarşı mübarizə aparmalıdır:
“Prezidentliyə namizədliyini irəli sürənlərin çoxunu xalq tanıyır. Onların bəzisinin dedikləri çox gülüncdür və lətifəyə oxşayır. Məsələn, bəzi namizədlər deyirlər ki, prezident seçilsələr Amerika ilə birbaşa danışıqlara başlayacaq, İrana qarşı sanksiyaların ləğvinə çalışacaqlar. Bu, lətifədir, çox gülünc sözlərdir.
Görün Amerika Misirlə nə edib. Misirdə o qədər ac var ki, gecəni qəbiristanlıqda yatırlar. Məgər Amerikanın kiminsə xeyrinə çalışması, kiminsə xeyrini istəməsi mümkündürmü? Görəsən, belə düşüncə tərzinə malik namizədə səs vermək olarmı?”