Angela Merkel:”Ukrayna xalqı diktatura rejimində yaşayır”

  • Amerikanın səsi

Almaniya kansleri Angel Merkel deyib ki, Ukrayna xalqı diktatura rejimində və avtoritar Belarusdakı kimi repressiyalar altında yaşayır. Xanım Merkel bu açıqlamanı parlamentdə çıxışı zamanı verib.

Almaniya hökuməti eyni zamanda Ukrayna prezidenti Viktor Yanukoviçə həbsdə olan müxalifət lideri və keçmiş baş nazir Yuliya Timoşenkonun müalicəsinə şəraitin yaradılması üçün təzyiqləri artırır. Almaniya Timoşenkonun işi ilə bağlı Avropa ölkələri arasında ən kəskin mövqe nümayiş etdirmişdir.

Xanım Timoşenko təxminən üç həftə bundan əvvəl başladığı aclığı çərşənbə günü dayandırdıqdan sonra həbsxanadan xroniki bel ağrılarından müalicə olunmaq üçün yerli xəstəxanaya aparılıb.

Prezident Yanukoviç Timoşenkonun məhkum olunması və Ukrayna hökumətinin onun müalicə olunması üçün Almaniyaya getməsinə icazə verməməsi ilə əlaqədar təzyiqlərlə qarşılaşıb.

Timoşenko 2009-cu ildə Rusiya ilə təbii qazın nəqlinə dair müqavilə ilə əlaqədar vəzifəsindən sui-istifadə etmək ittihamları yeddi il həbs cəzasına məhkum olunub. Keçmiş baş nazir ittihamları rədd edir. Qərb ölkələri ittihamların siyasi motivlərlə əlaqədar olduğunu bildirir.

Avropa İttifaqına bəzi üzv dövlətlər Ukraynanın Polşa ilə bərabər ev sahibliyi edəcək 2012-ci il Avropa futbol üzrə dünya çempionatını boykot etməklə hədələyib.

Almaniya prezidenti Yoahim Qauk və Çex prezidenti Vatslav Klaus daxil olmaqla Avropa İttifaqının təxminən 10 lideri çempionatda iştirak etməyəcəklərini bildiriblər.