Vəkilin ofisi ilə maraqlanırlar. O Baş Prokurorluğun Ağır Cinayətlərə dair işər üzrə İstintaq İdarəsində ciddi araşdırma aparılmasını istəyir
Yenə də üzümü tuturam baş prokuror Zakir Qaralova, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və R.Mirqədirovun həbsdə saxlanılmasında, Azərbaycan cəmiyyətinin gərginlik yaşamasında maraqlı olan başqalarına! Bu barədə jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə bu gün icarəyə götürdüyü yerə bir nəfər gəlib və özünü mənzil-istismar sahəsinin işçisi kimi təqdim edib.
“O soruşdu ki, buradan kim istifadə edir. Qəribədir. Mənzil-istismar sahələrinin işləri qalıb kənarda, onlar icarə məsələləri ilə maraqlanmağa başlayıblar!? 3 ildən artıqdır ki, biz bu mənzildən istifadə edirik, indi təşrif buyurublar. Provokasiyaları istisna etmirəm”.
Vəkil tövsiyə edir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində xidməti yoxlama aparılsın. Ümumiyyətlə, son hadisələrlə bağlı Rauf Mirqədirovun Rusiya xüsusi xidmətləri ilə bağlı dedikləri ciddi araşdırma tələb edir”, o qeyd edib.
“Ayna-Zerkalo” qəzetinin Türkiyədə akreditasiya olunmuş müxbiri Rauf Mirqədirovun aprelin 17-də səbəb göstərilmədən Türkiyədə akreditasiyası ləğv edilib. Müxbir orada saxlanaraq aprelin 19-da Bakıya göndərilib və Bakı hava limanında həbs edilib. O dövlətə xəyanət ittihamı ilə Ermənistanın xeyrinə casusluqda günahlandırılır. Mirqədirov ittihamı qəbul etmir və sifariş hesab edir. Tanınmış jurnalist həbsinin Rusiya ilə əlaqəli olduğunu güman edir.