Əfqanıstanın cənubunda NATO bazasına hücum olunub

  • Amerikanın səsi

Əfqanıstanın cənubunda NATO bazasına hücum olunub

Bir qrup intiharçı və silahlı NATO-nun Əfqanıstandakı yenidənqurma bazasına hücum edib, lakin bazanın müdafiəsini yara bilməyib.

Rəsmilər hücumun Zabul vilayətinin Qalat qəsəbəsində baş verdiyini deyirlər. Hücumçulardan biri bazanın darvazası qarşısında bomba partlatmış, başqaları isə atəş açmışlar.

Hücumçulardan biri öldürülüb, o birisi yaxalanıb və üçüncüsü qaçmağa nail olub.

Əfqanıstan rəsmiləri hücum nəticəsində iki mülki vətəndaşın yaralandığını deyirlər.

Bu arada Kabilin civarında intiharçı bomba ilə dolu maşını idarə edərkən bomba vaxtından əvvəl partlamış və militant ölmüşdür.