Accessibility links

NATO məhbusların əfqan həbsxanalarına təhvil verilməsini dayandırıb


NATO məhbusların əfqan həbsxanalarına təhvil verilməsini dayandırıb
NATO məhbusların əfqan həbsxanalarına təhvil verilməsini dayandırıb

NATO-nun başçılıq etdiyi koalisiyası BMT-nin hesabatında işgəncəyə dair iddialarla əlaqədar məhbusların əfqan həbsxanalarına təhvil verilməsini dayandırıb. Koalisiya rəsmiləri bu yaxınlarda açıqlanacaq BMT hesabatındakı tapıntılar təsdiq edilənə kimi ehtiyat tədbirləri gördüklərini bildiriblər. Rəsmilər diqqəti işgəncə hallarının qeydə alındığı 8 həbsxanaya yönəldib. Bəzi təhlilçilər işgəncə hallarına dair narahatlıqların əfqanların təhlükəsizlikə nəzarəti koalisiya qüvvələrindən almağa hazır olması ilə bağlı suallar qaldıracağından ehtiyat edirlər. NATO təhlükəsizliyin üç il ərzində Əfqanıstan ordusu və polisə ötürülməsi prosesinin birinci mərhələsindədir.

XS
SM
MD
LG