Accessibility links

Əfqanıstanda NATO postuna hücum edilib


Əfqanıstanda NATO postuna hücum edilib
Əfqanıstanda NATO postuna hücum edilib

NATO qüvvələri bildirir ki, mərkəzi Əfqanıstanda Talibana məxsus intiharçı koalisiya keşikçi məntəqəsinə hücum edərək azı iki mülki vətəndaşın ölümünə bais olub.

77 NATO əsgəri və 25 mülki vətəndaş 11 sentyabr terror aksiyalarının ildönümündə baş verən hücumda qeyri-ciddi xəsarət alıb.

Bomba ilə doldurulmuş yük maşını Vardak vilayətindəki Səyid Abad postunda partlayıb. Partlayışın əsas zərbəsini darvazanın qarşısında quraşdırılmış beton divar alıb.

Bu hücumdan bir qədər öncə Taliban rəhbərliyi açıqladığı bəyanatda ABŞ-ın 11 sentyabr hadisələrindən sonra Əfqanıstana hərbi müdaxiləsini “Qərb demokratiyasının sifətində daimi rüsvayçılıq nişanəsi” adlandırıb.

XS
SM
MD
LG