Futbol azarkeşləri 2010-cu il Dünya Çempionatının möhtəşəm açılış mərasimindən sonra diqqəti turnirin ilk oyununa yönəldiblər. Ancaq Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın nəticəsi avtomobil qəzasında həlak olduğuna görə açılış mərasiminə gəlməməsi azarkeşlərin futbol sevincinə bir qədər kədər qatıb. 32 ölkənin milli yığma komandasının iştirak etdiyi çempionat yenicə təmirdən çıxmış futbol şəhərciyinin Soccer City stadionunda ev sahibi Cənubi Afrika və Meksika komandaları arasında oyunla başlayıb. Oyun 1-1 hesabilə bərabərə başa çatıb. Günün ikinci oyununda isə Uruqvayla Fransa yığmaları qarşılaşacaq.
Açılış mərasimində müğənnilər və rəqqaslar zövq oxşayan rəngli kostyumlarda çıxış ediblər. Dünya çempionatının oyunları Yohannesburq şəhərinin Soccer City və Ellis Park stadionları da daxil olmaqla 10 futbol meydançasında keçiriləcək. Turnirə bir ay sonra – iyul ayının 11-də final görüşü ilə yekun vurulacaq.