İyun ayının 11-i başlayacaq Dünya çempionatını keçirmək üçün Cənubi Afrika Respublikasında olan 3 xarici journalist Yohannesburq yaxınlığında qarət olunublar. Oğurluq hadisəsi bu gün səhər iki portuqaliyalı və bir ispan jurnalistin qaldığı otel nömrəsində baş verib. Hadisə zamanı 2 jurnalist yatsa da, fotoqraf Antonio Simoes 30 dəqiqə ərzində çarpayıda uzanıq şəkildə saxlanılıb və qarətçilər 35 min dollar dəyərində olan kamera ləvazimatını oğurlayıb. Yohannesburqdan 120 kilometr şimal-qərbdə yerləşən Maqaliesburq şəhərindəki Butbush Bima otelində baş verən incident zamanı pasportlar, nəğd pullar, not buklar və paltarlar da qarət olunub. Ərazini mühasirəyə alan polis hadisəni araşdırır. Bir rəsmi şəxs hüquq mühafizəçilərinin iki şübhəlini axtardığını təsdiq etsə də, saxlananların olub-olmaması barədə məlumat verilməyib.
Qarətçilər 3 xarici jurnalistin 35 min dollar dəyərində olan kamera ləvazimatını oğurlayıb