Futbol üzrə Dünya Çempionatında C qrupu çərçivəsində günün ilk oyununda Əlcazairlə Sloveniya komandaları qarşılaşıblar. Oyun 1-0 hesabı ilə Avropa təmsilçisinin xeyrinə başa çatıb. Qolsuz keçən ilk hissədən sonra 79-cu dəqiqədə Robert Korenin uzaq məsafədən zərbəsi ilə top əlcəzairli qapıçı Fəvzi Çauçinin kobud səhvi nəticəsində qapıya daxil oldu. Abdelkader Qəzzalın 72-ci dəqiqədə ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırılmasından sonra Əlcazair komandası oyunu azlıqda keçirib. D qrupunda Serbiya ilə Qana komandaları arasında keçirilən oyunda isə Qana Afrikada keçirilən ilk Dünya Çempionatında qələbə qazanan ilk Afrika komandası kimi tarixə düşüb. Oyun 1-0 hesabılə başa çatıb. Günün üçüncü oyununda isə D qrupunun favoriti sayılan Almaniya Avstraliyanı sınağa çəkib. Oyun almanlar böyük üstünlüyü ilə başa çatıb - 4-0. 62 min azarkeşin izlədiyi oyunda Avstraliya komandasından T.Cahil qırmızı kart almaqla fərqlənib. Matçda qolları isə L.Podolski, M.Klose, T.Müller və Kakau vurub.
Qanalılar isə Serbiya üzərində qələbə qazanmaqla tarixə düşdü