Futbol azarkeşləri iyun ayinin 11-də başlayacaq futbol üzrə dünya çempionatının açılışını səbrsizliklər gözləyir. Təşkilatçılar isə təhükəsizlik tədbirlərinin gücləndirilməsinə böyük vaxt və pul sərf edir.
Təlimlər zamanı Cənubi Afrika Respublikasının polisləri Yohannesburqdakı Ellis Park stadionunun önündə zorakı nümayişlərin qarşısını almağa çalışır. Bu təlimlər qarşıdan gələn futbol üzrə Dünya Çempionatı üçün hüquq-mühafizəçilərinin hazırlanması məqsədi daşıyır.
Onlar siyasi nümayişlərdən tutmuş qəzəbli azarkeşlər, xuliqanlıq və terror cəhdlərinə kimi hər bir təhlükəsizlik hədəsinin öhdəsindən gəlməyə çalışırlar. Hökumət treyninqlər və yeni təchizatlara 2 milyard dollara yaxın pul xərcləyib. Dünya çempionatında təhlükəsizliyi mühafizə etmək üçün ölkənin hərbi qüvvələrinin ¼-nin, yəni 40 min polis zabitinin cəlb olunacağı gözlənilir.
Həbs olunanların mobil olaraq məhkəmə çıxarılması üçün Dünya Çempionatı oyunlarının keçiriləcəyi 10 stadion yaxınlığında xüsusi məhkəmələr yaradılıb və bu məhkəmələrdə fəaliyyət göstərmək üçün qanuni məhkəmə heyəti müəyyən edilib.
Hava limanları və digər nəqliyyat vasitələrində təhlükəsizliyi mühafizə etmək üçün isə xüsusi komandalar təlim keçir. Dövlət Polis İdarəsinin rəisi Beki Sele deyir ki, mümkün təhlükələrlə bağlı məlumatları mübadilə etmək üçün bir çox ölkələrin təhlükəsizlik rəsmiləri ilə müntəzəm olaraq görüşlər keçirirlər: “Yalnız terror hədələri deyil, bütün növ məlumatlar ciddiyə alınacaq”.
Digər bir təlim isə zabitləri stadiondan yola çıxışı bağlayaraq nümayişçiləri dağıtmağa hazırlayır. Seledən onun qüvvələrinin hazır olduğunu soruşurlar: “Bu gün üçün hazır deyiləm, sabahla müqayisədə hazır deyiləm, ancaq dünənə baxanda hazıram”.
Bu günün təlimləri sona çatsa da, Sele deyir ki, onlar iyunun 11-də çempionatın açılış mərasiminə kimi təlimləri davam etdirəcəklər.