Çin hökuməti kor dissidentə ölkəni tərk etməyə icazə verə bilər

  • Amerikanın səsi

Çin hökuməti deyir ki, kor dissident Çen Guanqçenq xaricdə təhsil almaq üçün müraciət etməkdə azaddır. Bir çox müşahidəçilərin nəzərində bu, son günlər ABŞ və Çin rəsmiləri arasında yaşanan diplomatik gərginliyin sonuna işarə ola bilər.

Dövlət Katibi Hillari Klinton Pekində müxbirlərə bildirib ki, o, Çenin məsələsində proqres görür və Çin hökumətinin son mövqeyindəın ruhlanıb.

Xanım Klintonun Çin paytaxtına rəsmi səfəri Çenin ətrafında dolaşan qalmaqal tərəfindən kölgələnib.

Çin xarici işlər nazirliyiin sözçüsü Liu Veymin deyib ki, Çen “istənilən başqa Çin vətəndaşı” kimi xaricdə təhsil almaq üçün ölkəni tərk edə bilər.