Türkiyənin keçmiş xarici işlər naziri Suriya böhranı ilə bağlı Amerikanın Səsinin suallarını cavablandırıb. “ABŞ və Avropa çıxıb gedəcək, Türkiyə isə Suriya ilə əbədi qonşudur”
Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Amerikanın Səsinin Suriya böhranı ilə bağlı suallarını cavablandırıb.
Hikmət Çətin Amerikanın Suriyaya hücumla bağlı mövqeyini şərh edərkən bildirib ki, Suriyaya hücum etməzdən əvvəl BMT missiyası Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edilib-edilməməsini müəyyənləşdirməlidir”.
Keçmiş nazir hesab edir ki, Suriyada kimyəvi silahdan istifadə təsdiqlənsə dünya birliyi birgə addımlar atmalıdır.
Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak edib-etməməsi ilə bağlı sualın cavabında Çətin deyib ki, Türkiyənin qonşu dövlət kimi Suriyaya hərbi müdaxilə etməməsi daha yaxşı olar.
“ABŞ və Avropa Suriyadan çox uzaqdadır. Onlar bu ölkəyə qarşı əməliyyatlar keçirəcək, daha sonra oradan çıxacaqlar, Türkiyə isə Suriya ilə əbədi qonşudur. Ona görə Türkiyənin bu məsələyə qarışmaması lazımdır”, o qeyd edib.