Accessibility links

Ekspertlər ABŞ-ın Suriyaya hücum edəcəyini proqnozlaşdırır [Video]


Ekspertlər ABŞ-ın Suriyaya hücum edəcəyini proqnozlaşdırır
please wait

No media source currently available

0:00 0:02:58 0:00
ABŞ rəsmiləri Suriyanın xalqına qarşı kimyəvi silahlardan istifadə etdiyinın göz qarşısında olduğunu bildirir. ABŞ-ın vitse-prezidenti Co Bayden beynəIxalq qanunları pozduğuna görə Dəməşq hökumətinə cavab verməli olduğunu deyb. "Suriya hökumətinin bu kimi silahlara malik olduunu və əvvəllər də onlardan istifadə etdiyini əsas götürərək, bu dəfə də hücuma keçdiyini deyə bilərik."

ABŞ rəsmiləri hökumətin müttəfiqləri ilə bərabər Suriyaya cavab varinatlarını müzakirə etdiyini bildirir. Siyasi təhlilçi Maykl Rubin deyir ki, Amerikanın hücumları məhdud olmalıdır. "Mən hücum edəcəyimizə inanıram. Bu, ABŞ pilotlarını təhlükəyə salmadan kruiz raket hücumu ola bilər. Bu, Klinton administrasiyasının 1998-ci ildə səfirliklərin bombalanmasından sonra Sudan və Əfqanıstanda etdiyi hava hücumlarına bənzər hücumlar ola bilər."

Suriya müxalifəti hər bir xarici müdaxiləni alqışlayacaqlarını bildirir. Əbdelbəset Tavil:"Ailələrimiz və xalqımız, uşaqlarımızın başına gələnləri nəzərə alaraq, hücumlara dəstək veririk. Yalnız bu deyil, beynəlxalq ictimaiyyəti rejimin devrilməsində bizə dəstək göstərməsini istəyirik. Tək hərəkət etmək çətindir. 50 illik rejimə son qoymaq qabiliyyətinə malik deyilik.''

Təhlilçilərin firkrincə, beynəlxalq ictimaiyyət genişmiqyaslı hücum planlaşdırmır. Rubinin dediyinə görə, hücumlardan sonrakı vəziyyət nəzərə alınmalıdır. Belə ki, münaqişə, kimyəvi silahlar və hava hücumlarının qonşu ölkələrə yayılma təhlükəsi mövcuddur.

Suriyalılar isə münaqişənin iki ildir davam etməsi ilə xaricdən yardıma skeptik münasibət bəsləyir. Məhəmməd Qəza:"Hər şeydən əvvəl bu, təbliğat mahiyyəti daşıyır. Bu, rejimə qarşı hərəkət deyil. Bu onun üçün edilir ki, baxın, kimyəvi silahlardan uşaqlara qarşı istifadə edilməsi cavabsız qalmayacaq.''

Obama administrasiyası rejimin dəyişdirilməsi niyyətində olmadığını gizlətmir. Administrasiyanın sözçüsü müzakirə mövzusunun yalnız beynəlxalq qanunların pozulmasına cavab verilməsi olduğunu deyib.
XS
SM
MD
LG