Accessibility links

Suriya müxalifəti Barak Obamanın qərarından narazıdır


Suriya müxalifəti deyir ki, ABŞ prezident Barak Obamanın Dəməşqə qarşı təcili addım atılmasının qarşısını alan qərarı onları məyus edib.

Müxalifət rəsmilərinin sözlərinə görə, hücumun ləngidilməsi Suriya prezidenti Bəşar Əl-Əsədə daha çox mülki vətəndaşa ziyan vurmaq imkanı yaradır.

Dünən prezident Obama Suriyaya hərbi müdaxiləni təxirə salaraq Konqresin bu barədə qərarını gözləyəcəyini deyib. Belə ki, Konqres kimyəvi silahlardan istifadə görə Suriya hökumətinin cəzalandırılmasını təsdiqləməlidir.

Ağ Evdən televiziya vasitəsilə açıqlama verən cənab Obamanın sözlərinə görə, o, qərar verib ki, Birləşmiş Ştatlar Suriya hökumətinin hədəflərinə qarşı hərbi addım atmalıdır. "İnanıram ki, mənim hücuma dair qərar vermək səlahiyyətim var, ancaq həmçinin düşünürəm ki, ölkənin bu barədə debat keçirməsi də çox mühümdür" - deyə Barak Obama bildirib.

Dünən çıxışdan sonra prezident Obama rəsmi şəkildə Konqresdən xahiş edib ki, potensial kimyəvi hücumları "müəyyən etmək, qarşısını almaq və məhv etmək" üçün ona Suriya hərbi müdaxilə etməyə icazə versin. Prezident Suriyaya Amerika Quru Qoşunlarının yeridilməsini qəti şəkildə istisna edib.
XS
SM
MD
LG