Accessibility links

Kameron: Parlamentdə səsverməyə baxmayaraq Suriyaya ciddi cavab verilməlidir



Britaniyanın Baş naziri Deyvid Kameron parlamentin ölkənin Suriyaya müdaxiləsi əleyhinə səsverməsinə baxmayaraq, Dəməşq hökumətinə ciddi cavab verilməli olduğunu bildirib. Cənab Kameron parlamentdə səsvermə ilə əlaqədar təəssüfünü ifadə edib.

Baş nazir Deyvid Kameron parlamentdə səsvermədən sonra cümə günü açıqlama verib:”Parlament Britaniyanın heç bir hərbi əməliyyata cəlb olunmaq istəmədiyini açıq şəkildə ifadə edib, biz də buna uyğun hərəkət etməliyik.”

Cənab Kameron Suriya rəsmilərinin zəhərli qazdan istifadə etməsinin qarşısının alınması üçün hərbi hücumun sanksiyalaşdırılmasına çalışırdı. Britaniya parlamenti cümə axşamı günü keçirilən səsermə zamanı 285 əleyhinə 272 lehinə səslə ölkənin Suriyaya hərbi müdaxiləsinin qarşısını aldı.
Baş nazir Kameron Britaniyanın kimyəvi silahlardan istifadə olunmasına ciddi cavab verməsinin vacibliyini vurğulayaraq, ölkəsinin BMT və NATO kimi təşkilatlar vasitəsilə Suriyada baş verənləri qınayacağını bildirib.

Bu həftənin əvvəli Britaniya Təhlükəsizlik Şurasına Suriya hökumətinin kimyəvi silahlardan istifadə etdiyinə cacavb olaraq bütün lazımi qüvvələrin sanksiyalaşdırılması üçün qətnamə layihəsi təqdim etmişdi. Lakin Təhlükəsizlik Şurasının beş daimi üzü olan Rusiya, Çin, Birləşmiş Ştatlar, Fransa və Britaniya diplomatlarının görüşü zamanı müzakirələr bir nəticə verməmişdir.

Britaniya müxalifətinin lideri Ed Milliband deyib ki, ölkəsinin Suriyaya cavabı sakit və düşünülmüş olmalıdır. “Problem ondadır ki, Deyvid Kameron məsələ ilə cəngavər kimi düşünülməmiş bir şəkildə məşğul olaraq, Britaniyanı BMT-ni ötərək və parlament qarşısında dəlil qoymadan potensial olaraq müharibəyə sürükləməyə istəyir”-deyə o bildirib.

Birləşmiş Ştatlar və başqa müttəfiq ölkələr Suriya hökumətinin keçnə həftə yüzlərlə insanın ölümülə nəticələnmiş kimyəvi hücum həyata keçirdiyini bildirib. Suriya hökuməti bu iddiaları rədd edir.

Fransa prezidenti Fransua Hollande Britaniya parlamentində səsvermənin nəticələrinə baxmayaraq, Suriya ilə bağlı qəti addım atılmasına dəstək verdiyini bildirib. Cənab Hollande dörd ay müddətindən az sürəcək hərbi kampaniya üçün parlamentin təsdiqini almalı deyil.

Almaniya hərbi əməliyyatda iştirak etməyəcəyini bəyan edib. Xarici İşlər naziri Guido Vestervelle jurnalistlərə hücumun nəzərdən keçirilmədiyini bildirib.
XS
SM
MD
LG