Britaniyalılar iqtisadi böhranın onlara da təsir etdiyini deyirlər

Britaniyalılar iqtisadi böhranın onlara da təsir etdiyini deyirlər

Avropa Birliyinin üzvü olan Britaniyanın özünün şəxsi valyutası olduğu üçün burada iş itirilməsi məsələsi hələlik o qədər də ciddi deyil

Avrodan istifadə edən bəzi ölkələrdəki iqtisadi böhran sosial narahatlıqlara səbəb olub ki, bu da müştərək valyuta istifadəsinə son qoya bilər. Bu problemi həll edəcək plan olsa da, kreditorlar və ya borcu olan ölkələrin diqqətini çəkmir. Buna görə də vəziyyət çətin olaraq qalır.

Avropadakı böhran Yunanıstan və digər ölkələrdə insanları etirazlarını bildirmək üçün küçələrə çıxmağa vadar etdi. İşçilər hökumətin borc və maliyyə defisitinə görə büdcəni kəsdiyinə, bunun da maaş və pensiyalara təsir etdiyinə, iş yerlərinin bağlandığına görə qəzəblidirlər. Lakin Fransa, Almaniya və digər imkanlı ölkələr maliyyəni tənzimləyə bilmədiklərinə, hökumətlərin vəsaiti ehtiyatla xərcləmədiklərinə və vergi toplama məsələsində səhvlərə yol verdiklərinə görə böhran halına düşən dövlətlərə görə məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər.

Londonun İqtisadiyyat Məktəbindən professor İan Beqq: “Kredit verən ölkələr Yunanıstan hökumətinin daha çox iş görməsini istəyirlər. Amma yunanlar artıq sıxıldıqlarını deyərək, əhalinin üsyan həddinə çatdığını bildirirlər.”

Lakin etiraz nümayişləri təkcə Yunanıstanda deyil, İspaniyada da vüsət alıb. Parlamentin iqtisadiyyata dair kəskin ölçülər götürülməsi qərarına gəldiyi İtaliyada da eyni vəziyyətdir.

Avropa Birliyinin üzvü olan Britaniyanın özünün şəxsi valyutası olduğu üçün burada iş itirilməsi məsələsi o qədər də ciddi deyil. Lakin britaniyalılar da vəziyyətdən narahatdırlar. Briyaniyalı bir qadın iqtisadiyyatın artıq onun ölkəsinə də təsir etdiyini və belə gedərsə, daha çox təsir edəcəyini deyir. Bir kişi isə avrodan istifadə edilib edilmədiyindən asılı olmayaraq tənəzzülün təsirini Britaniyaya da göstərəcəyini deyir.

Artıq işini ititmiş britaniyalı qadın buna səbəbin maliyyə böhranı olduğunu deyir. O, bu həddə çatılmasına imkan verilməməli, bunu qarşısının alınması üçün əvvəlcədən banklardakı hesablardan ehtiyatla istifadə edilməli olduğunu deyir.

Avropa dövlətlərinin maliyyə nazirləri maliyyə böhranının ən ağır olduğu dövlətlərə yardım etmək planının hazırlanması barədə razılığa gəliblər. Bunun müsbət nəticə verəcəyindən əmin olunmasa da, professor İan Beqq hal-hazırkı vəziyyətdə belə bir planın avro-zonaya yadım edə biləcəyini deyir. “Əlbəttə, bu avronun tamamilə çökməsinə gətirib çıxara bilər və bu, narahatlıqlar doğurur. Lakin bu fikir ingilislər və amerikalılara daha məqbul görünür, nəinki kontinental avropalılara.”

Avropa dövlətləri maliyyə nazirlərinin növbəti yığıncağı oktyabr ayında olmalıdır ki, onlar həmin yığıncaqda xilasetmə planı barədə qərar qəbul etməli olacaqlar.