Accessibility links

Deyvid Kameron: Avropa öz maliyyə durumunu sahmana salmalıdır!


Deyvid Kameron: Avropa öz maliyyə durumunu sahmana salmalıdır!
Deyvid Kameron: Avropa öz maliyyə durumunu sahmana salmalıdır!

Britaniya baş naziri Deyvid Kameron deyir ki, Avropa öz maliyyə problemlərini həll etməlidir, yoxsa dünya iqtisadiyyatı fəlakətə düçar ola bilər.

Cənab Kameron bu bəyanatı Mühafizəkarlar Partiyasının Mançester şəhərində keçrilən qurultayının açılışında verib. O, hakim koalisiyasının defisiti azaltma planına riayət edəcəyini deyib, hərçənd ki, bəzi analistlər bu ölçülərin Britaniya iqtisadiyyatının artımını əngəllədiyini deyirlər.

Cənab Kameron Britaniya telekanalına bildirib ki, onun ölkəsi Avropa İttifaqının üzvlüyündə qalmalıdır. O, avrozonaya daxil olan 17 ölkənin qitənin borc böhranı ilə ayaqlaşmasının vacib olduğunu bildirib.

Qurultay binasının qarşısında bir qrup adam ötən il ərzində 250 000 hökumət qulluqçusunun işdən ixtisara salınması ilə əlaqədar etiraz aksiyası keçirib.

XS
SM
MD
LG