Barak Obama terror hücumlarının ildönümünü xeyriyyəçiliklə anmağa çağırır

  • Amerikanın səsi

Barak Obama terror hücumlarının ildönümünü xeyriyyəçiliklə anmağa çağırır

ABŞ prezidenti Barak Obama deyir ki, 2001-ci il 11 sentyabr terror hücumlarının 10-cu ildönümü Milli Xatirə və Xidmət Günü kimi anılmalıdır.

Özünün həftəlik müraciətində cənab Obama xalqı hücumların qurbanlarını xeyriyyəçi səylərlə şərəfləndirməyə çağırıb.

Prezident deyir ki, o, və birinci xanım Mişel Obama lokal xidmət layihəsində iştirak edəcəklər. Cənab Obama vətəndaşları www.service.gov vebsaytına daxil olaraq bu səylərə qatılmağa dəvət edib.

Prezident Obama həyat yoldaşı ilə birlikdə sentyabrın 11-də terror hücumlarının toxunduğu Nyu York şəhəri, Pennsilvaniyanın Şənksvil qəsəbəsi və Pentaqona baş çəkməyi planlaşdırır.