10 il bundan öncə dünya siyasi düzənini dəyişən bir hadisə baş verdi. 19 İslamçı radikal dörd təyyarəni səmada qaçıraraq Dünya Ticarət Mərkəzini və Pentaqonu vurdular. Terror aktları minlərlə adamın həyatına son qoydu. Amma 11 sentyabrdan sonra baş verən olaylar daha böyük miqyas aldı. ABŞ terrora qarşı qlobal müharibəyə başladı. Hərbi müdaxilə nəticəsində Əfqanıstanda və İraqda hakim rejimlər devrildi. Yüzlərlə terrorçu məhv edildi və ya tutuldu. Lap bu yaxınlarda hücumun əsas müəllifi, Əl Qaida lideri Osama bin Laden öldürüldü. Siz 2001-ci il, 11 sentyabr hadisələrini necə qiymətləndirirsiniz? Sizin anlamda bu hücumların tarixi əhəmiyyəti nədən ibarətdir? Müdhiş terror aktı və ona ABŞ-ın reaksiyası barədə fikirlərinizi bizimlə paylaşın.