ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama 2001-ci il sentyabrın 11-i hücularının 10-cu ildönümü gecəsini Vaşinqton Milli Kafedralında düzənlənən dinlərarası dua mərasimi və konsertlə anacaqlar.
Ağ Ev sözçüsü Cey Karni deyib ki, prezident Obama “Ümid Konserti” adlanan tədbirdə çıxış edəcək.
Prezident və onun xanımı həmin gün sentyabrı 11-də təyyarələrin vurduğu Nyu York, Pentaqon və Pennsilvaniyanın Şənksvil qəsəbəsinə gedəcəklər.
Terroristlər dörd ABŞ təyyarəsini qaçıraraq adları çəkilən məkanlarda qəzaya uğratdıqdan sonra 3000-ə yaxın adam ölmüşdü.