Monitorinq Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətində keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 2-də Goranboy rayonu (Bakıdan 336 kilometr qərb) Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirəcək.