Aprelin 28-dən Azərbaycan Silahlı Qüvvələrinin birlik hissə və bölmələri cəbhə bölgəsində növbəti təlim məşqləri keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə təlimlərə 4000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.
May ayının 1-dən təlimlərin praktiki hissəsi başlayıb.
Təlimlər zamanı zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib.
Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki ,aprel ayında Müdafiə Nazirliyi NMR-da xüsusi təlimlər keçirib.