Accessibility links

Atəşkəs dövründə 610 hərbçi dünyasını dəyişib, 750 nəfər yaralanıb


“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli
“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli

“Doktrina” Mərkəzi atəşkəsin qüvvədə olduğu son 20 ilin statistikasını açıqlayıb

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 1994-2014-cü illərdə - Atəşkəs müqaviləsinin qüvvədə olduğu 20 il ərzində əsgərlərinin statistikasını açıqlayıb.

Mərkəzin məlumatında deyilir: “1994-cü ilin 12 mayından 2014-cü ilin 12 mayınadək cəbhə xəttində azı 610 Azərbaycan hərbçisi düşmən gülləsindən dünyasını dəyişib. Düşmən gülləsindən həmin dövrdə yaralananların ümumi sayı isə 750 nəfərdən yuxarıdır".

Mərkəzin rəhbəri Cəsur Sümərinli bildirib ki, 20 il ərzində 120-dən artıq Azərbaycan hərbçisi mina partlayışından dünyasını dəyişib. 200-dən artıq hərbi qulluqçu isə mina partlayışından bu və ya digər şəkildə yaralanıb.

“20 il ərzində Azərbaycanın 40-dan artıq mülki vətəndaşı düşmən gülləsindən yaralanıb, həmin dövrdə düşmən gülləsindən həlak olan mülki vətəndaşların sayı isə 15-dir. Mina partlayışından dünyasını dəyişən mülkilərin sayı 18 nəfər, yaralananların sayı isə 25 nəfərdir. Qeyd edilən dövrdə Azərbaycanın 9 mülki vətəndaşı düşmən tərəfindən girov götürülüb, sonradan qaytarılıb”, o qeyd edib.

Mərkəz bildirir ki, bu dövrdə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıblar.
XS
SM
MD
LG