Accessibility links

Minsk qrupunun həmsədrləri cəbhə xəttini keçəcək


Azərbaycanın işğal altında olan əraziləri
Azərbaycanın işğal altında olan əraziləri

ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttinin erməni tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Azərbaycanın Tərtər rayonu (Bakıdan 350 kilometr şimal-qərb) ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində monitorinq keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və ATƏT-in Minsk Qrupunun həmsədrləri təmas xəttinin qarşı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçməyi planlaşdırır.

Xatırladaq ki, Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan arasında atəşkəs elan edilməsi ilə bağlı sazişin 20-ci ildönümü ilə bağlı regiona səfər edib. Həmsədrlər Ermənistan və Dağlıq Qarabağda olub. Mayın 19-da isə Bakıda görüşlər keçirəcək.
XS
SM
MD
LG