Azərbaycanda öhdəliklərin yerinə yetirilməsi üzrə monitorinqlər davam edəcək
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Strasburqda qış sessiyasının plenar iclasında Azərbaycan üzrə iki məruzəyə baxıb. Onlardan biri Monitorinq Komitəsinin məruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Qrex (Malta) tərəfindən hazırlanmış məruzə Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı idi. Siyasi məhbuslar haqqında ikinci məruzə alman deputatı Kristof Ştrasser tərəfindən tərtib edilib.
Turan agentliyinin məlumatına görə, əvvəlcə məruzəçilər öz hesabatlarını təqdim edib. Daha sonra sənədlər paralel olaraq müzakirə olunub.
Aqramunt bildirib ki, məruzə artıq dekabrın 12-də Monitorinq Komitəsinin iclasında təsdiq edilib. O, məruzəni balanslı adlandıraraq, son 5-6 ildə Azərbaycanın öhdəliklərinin monitorinqi üzrə belə sənədlərin qəbul edilmədiyini xatırladıb.
Ştrasser öz növbəsində məruzəsinin adına diqqət çəkib:
“Azərbaycanda siyasi məhbuslar probleminin həlli üzrə növbəti tədbirlər haqqında”.
“Bu, Parlament Assambleyasına mühüm siyasi mesajdır, belə ki, hətta ötən ilin sonunda siyahımda olan 14 nəfərin əfv edilməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbuslar problemi hələ də həll edilməyib”, o qeyd edib.
Müzakirələr zamanı Arqamunt və Qrexin məruzəsi ümumilikdə dəstək tapıb.
Ştrasserin hesabatı ətrafında müzakirələr tamamilə ziddiyyətli olub.
Lüksemburqdan deputat Anna Brasser (Anne Braseur) qeyd edib ki, Azərbaycanda öhdəliklərin yerinə yetirilməsi nöqteyi-nəzərdən irəliləyişlər olmasına baxmayaraq, ölkə hələ çox yol keçməlidir. Eyni zamanda, o, Ştrasserin məruzəsini alqışlayıb.
“Biz məhbusların bir hissəsinin azad edilməsini alqışlayırıq, amma siyahıya yeni məhbuslar əlavə edilib. İnsanların öz əqidələrinə görə həbsi yolverilməzdir”, deyə Brasser bildirib.
O, Ştrasserə viza verilməməsini pisləyib, həmçinin Ştrasseri dəstəkləyən deputatların “anti-Azərbaycan lobbisi” adlandırılmasını qəbuledilməz adlandırıb.
“Bizim məqsədimiz birlikdə işləməkdir. Bütün ölkələrin AŞ-nın tələblərinə riayət etməsidir. Ölkəyə səfər üçün viza verilməsindən imtina qəbuledilməzdir”.
Eyni zamanda, britaniyalı deputat Robert Valter (Robert Walter)Aqramunt və Qrexin məruzəsini ciddi adlandırıb, Ştrasserin məruzəsini isə tənqidi qiymətləndirib.
“Onun məruzəsi bloqlara və QHT-lərin məruzələrinə əsaslanır. Hesab edirəm ki, bu, bizim işimizi nüfuzdan salır. Biz Ştrasserin məruzəsini qəbul etməyəcəyik”, deyə Valter bildirib.
Lakin almaniyalı deputat Katrin Varner (Katrin Werner) məruzəçiyə monitorinq aparmaq üçün viza verilməməsinin yanlış olduğunu bildirib.
“Avropa Şurası ölkələrində siyasi məhbus olmamalıdır, onlar hamısı azad edilməlidir”, deyə Verner bildirib.
İtaliyalı deputat Luka Volonte Aqramunt və Qrexin məruzəsində Azərbaycandakı irəliləyişlərin qeyd edilməsi ilə razılaşsa da, məhkəmə, ifadə azadlığı sahəsində problemlər, jurnalistlərə hücumlar, siyasi məhbusların mövcudluğu ilə bağlı narahatlığını bildirib.
O, Ştrasserin məruzəsini də dəstəkləyib.
“Siyasi məhbuslar problemini həll etmək üçün bu barədə danışmaq lazımdır”, deyə italiyalı deputat bildirib.
Almaniyalı deputat Viola von Qramon-Taubadel bildirib ki, siyasi məhbusların bir hissəsi artıq cəza müddətini çəkib, həbsxanalarda ölənlər var. Eyni zamanda, yeni siyasi məhbuslar meydana çıxıb.
Onun fikrincə, Azərbaycanın ədliyyə sistemi Avropa prinsiplərinə və normalarına uyğun deyil.
Norveçli deputat Liz Xristofersen (Lise Christofersen) qeyd edib ki, ölkədə əvvəlki kimi toplaşmaq azadlığı məhdudlaşdırılır, jurnalistlər və fəallar saxta ittihamlarla təqib olunur, onlar daim təhlükə altındadır. Norveçli deputat iki övladı Norveçdə qaçqın kimi yaşayan Naxçıvandakı hüquq müdafiəçisi Məlahət Nəsibovanı xüsusi qeyd edib.
“Nəsibovanın Naxçıvanda qalan daha bir qızının qorxudulması davam edir”.
“Dəfələrlə buna son qoyulması barədə xəbərdarlıq etmişəm. Bu, AŞ-ın nüfuzunu şübhə altına qoyur”, deyə Kristofersen qeyd edib.
Fransalı deputat Jan Mari Bokel (Jean-Marie Bockel) Ştrasserin məruzəsininna natamam olduğunu və ona səs verməyəcəyini bildirib.
Digər fransalı deputat Rene Ruje(Rene Rouquet) məcburi köçkünlər probleminə və Qarabağ münaqişəsinin başa çatmaması ilə əlaqədar onların aydın gələcəyinin olmamasına diqqət çəkib.
Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev Ştrasserin məruzəsini təkzib edərək, Azərbaycanda insanlara qarşı əqidələrinə görə cinayət təqibi olmadığını bildirib.
“Biz demokratiya qurulmasında həmkarlarımızın köməyinə ümid edirik. Ştrasser özü Azərbaycanda olsa və hər şeyi öz gözləri ilə görsə yaxşı olardı”, deyə Rzayev bildirib.
Almaniyalı deputat Marina Şuster (Marina Schuster) hər iki məruzənin bir-birini tamamladığı barədə fikir bildirib və onları qəbul etməyə çağırıb.
“Assambleyamız Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyəti yoxlamağı tapşırıb. Təəssüf ki, o, ölkəyə gedə bilməyib və biz buna dözməməliyik”, deyə Şuster bildirib.
Rusiyalı deputat Boris Şpigel bildirib ki, diqqətin keçmiş İttifaq və Şərqi Avropa ölkələri üzərində cəmləşməsi ikili standartlar siyasətidir.
“AŞ nə vaxta qədər qərb ölkələrində pozuntulara diqqət yetirmədən bu ölkələrdə nəzarət həyata keçirəcək?”, o sual edib.
Fransalı deputat Jak Legendre (Jacques Legendre) Ermənistanda da 4 müxalifətçinin həbs edildiyinə diqqət çəkib.
“Biz bütün ölkələrdə pozuntular haqqında danışmalıyıq”, deyə o əlavə edib.
Ermənistanlı deputat Aripne Ovanisyan bildirib ki, Monitorinq Komitəsinin məruzəsi ölkədəki nöqsanları gizlədir və hakimiyyətin mövqeyinə, o cümlədən Qarabağ münaqişəsi üzrə mövqeyinə bəraət qazandırır.
Erməni deputatların tənqidinə cavabda Aqramunt yekun sözündə bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktdır.
Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bir ölkə üzrə eyni zamanda iki məruzənin müzakirəyə çıxarılmasını tənqidə məruz qoyaraq, AŞPA-da ilk dəfə belə bir şey gördüyünü qeyd edib.
“AŞ ölkələrə qarşı deyil, ölkələr üçün yaradılıb. Ştrasserin məruzəsi həddindən artıq qəribə təqdim edildiyi halda ona necə səs verə bilərik? Məruzədə ümumiyyətlə mövcud olmayan insanların adları var. Biz Ştrasserin əleyhinə deyilik, məruzənin əleyhinəyik. Onun məruzəsi ümumilikdə Avropa dəyərlərini sarsıdır”, deyə Seyidov bildirib.
Kanada nümayəndəsi (Kanada xüsusi dəvət edilmiş üzv statusuna malikdir) Korneliu Çisu (Corneliu Chisu) Azərbaycanda seçkilərin bir dəfə olsun demokratik qiymətləndirilmədiyindən narahatlığını ifadə edib.
O, Seçki Məcəlləsinə dəyişikliklər etmək zərurətini qeyd edib.
Kanadalı deputat həmçinin korrupsiya, dövlət orqanlarının qeyri-şəffaflığı, siyasi plüralizmin olmaması barədə danışıb.
“Kanada hesab edir ki, korrupsiya Azərbaycanla ticarət üçün ciddi maneədir. Biz QHT-lərin fəaliyyətinin asanlaşdırılmasına yönəlmiş qətnaməni dəstəkləyirik. Biz Azərbaycanı insan hüquqlarına riayət etməyə çağırmaqda davam edirik”, deyə Kanadalı deputat bildirib.
Müzakirələrə yekun vuran Ştrasser qeyd edib ki, o, öz missiyasını yerinə yetirərkən, nədənsə onu Azərbaycana dəvət etməyiblər, indi isə ölkəyə gəlməməkdə qınayırlar.
“Mənim ölkəyə səfər etməyimə imkan vermədilər, məni subyektivlikdə ittiham edirlər. Məruzəm dərin araşdırmalara əsaslanır. Məruzəm qətiyyən terrorçulara qapı açmır (bunu rusiyalı Leonid Slutski və bir sıra digər deputatlar söyləyiblər). Biz məlumatı tamamilə müxtəlif mənbələrdən alırdıq. Biz ədalətsiz olaraq həbs edilənlər naminə işləməliyik”, deyə Ştrasser bildirib.
Lakin Ştrasserin məruzəsi üzrə qətnamə qəbul edilməyib. Onu 74 deputat dəstəkləyib, 125 deputat əleyhinə səs verib.
Bununla belə, Aqramunt və Qrexin 196 səs lehinə, iki səs əleyhinə olmaqla qəbul
edilmiş məruzəsində siyasi məhbuslar probleminin həlli haqqında tələbi yer alır. Xüsusən, yerli və beynəlxalq hüquq-müdafiə qurumlarının cinayət təqibinin qanuniliyini şübhə altına aldığı jurnalistlərin və fəalların işlərinə yenidən baxmaq təklif edilir. Bu zaman həmin məhbusları azad etmək üçün bütün mövcud hüquqi alətlərdən istifadə etmək tövsiyə olunur.
Səhhəti narahatlıq doğuran siyasi məhbusların humanitar nöqteyi-nəzərdən azad edilməsi tövsiyə olunur. Bundan başqa, AŞPA-nın Azərbaycanda ehtimal olunan siyasi məhbuslarla bağlı əvvəlki qətnamələrinin tam həyata keçirilməsi tövsiyə olunur.
AŞPA-nın qətnaməsində, həmçinin Azərbaycanın seçki sisteminin ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Venesiya Komissiyasının təklifləri əsasında təkmilləşdirilməsi, QHT-lərin qeydiyyatında maneələrin aradan qaldırılması, beynəlxalq QHT-lərin qeydiyyatı prosedurlarının asanlaşdırılması, parlamentdə müxalifət fraksiyasının yaradılması üçün şəraitin təmin edilməsi və s. tövsiyə olunur.
Qətnamədə Qarabağ münaqişəsinin həll edilməmiş qaldığı da qeyd edilir və münaqişənin BMT TŞ-nin, AŞPA-nın, ATƏT-in və Avropa Parlamentinin qətnamələri əsasında nizamlanmasına dəstək ifadə olunur.
Qətnamədə Azərbaycanın AŞ qarşısında öhdəliklərini tam yerinə yetirməsinə qədər AŞPA-nın monitorinqi altında saxlanması zəruri hesab olunub.
AŞPA məruzəçisi Kristof Ştrasser AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəsinin qəbul edilməməsini şərh edib.
“Bu səsvermənin nəticələri təkcə mənim məğlubiyyətim deyil, həm də Assambleyanın hüquqi məsələlər və insan hüquqları komitəsinin və bütünlükdə Assambleyanın məğlubiyyətidir”, o qeyd edib.
Kristofer Ştrasser məruzəçi kimi missiyasının başa çatdığını bildirib.
“Axı Azərbaycanda siyasi məhbusların mövcudluğu faktdır. Amma bir çox digər deputatlar məruzəmin əleyhinə çıxıblar”, deyə o əlavə edib.
O, həmçinin bildirib ki, iş prosesində ona təzyiq göstərilib.
“Mənə təzyiq göstərilirdi, elektron məktublar göndərilirdi. Hətta Azərbaycanın Berlindəki səfirliyindən belə məktublar gəlirdi. Partiyamın sədrinə guya mənim partiyanın yaxşı üzvü olmadığım barədə məktub göndərilib. Rusiyalı deputatların çıxışı demokratik azadlıqların və insan hüquqlarının birbaşa pozuntusu idi, onlar insan hüquqlarının tapdanmasına bəraət qazandırırdılar. Bəlkə də xüsusi məruzəçi qismində fəaliyyət göstərdiyim dörd il ərzində mənim də səhvlərim olub. Bəlkə də ona görə belə nəticə alınıb”, deyə Ştrasser bildirib.
Turan agentliyinin məlumatına görə, əvvəlcə məruzəçilər öz hesabatlarını təqdim edib. Daha sonra sənədlər paralel olaraq müzakirə olunub.
14 nəfərin əfv edilməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbuslar problemi hələ də həll edilməyib.
Aqramunt bildirib ki, məruzə artıq dekabrın 12-də Monitorinq Komitəsinin iclasında təsdiq edilib. O, məruzəni balanslı adlandıraraq, son 5-6 ildə Azərbaycanın öhdəliklərinin monitorinqi üzrə belə sənədlərin qəbul edilmədiyini xatırladıb.
Ştrasser öz növbəsində məruzəsinin adına diqqət çəkib:
“Azərbaycanda siyasi məhbuslar probleminin həlli üzrə növbəti tədbirlər haqqında”.
“Bu, Parlament Assambleyasına mühüm siyasi mesajdır, belə ki, hətta ötən ilin sonunda siyahımda olan 14 nəfərin əfv edilməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbuslar problemi hələ də həll edilməyib”, o qeyd edib.
Müzakirələr zamanı Arqamunt və Qrexin məruzəsi ümumilikdə dəstək tapıb.
Ştrasserin hesabatı ətrafında müzakirələr tamamilə ziddiyyətli olub.
İnsanların öz əqidələrinə görə həbsi yolverilməzdir.
Lüksemburqdan deputat Anna Brasser (Anne Braseur) qeyd edib ki, Azərbaycanda öhdəliklərin yerinə yetirilməsi nöqteyi-nəzərdən irəliləyişlər olmasına baxmayaraq, ölkə hələ çox yol keçməlidir. Eyni zamanda, o, Ştrasserin məruzəsini alqışlayıb.
“Biz məhbusların bir hissəsinin azad edilməsini alqışlayırıq, amma siyahıya yeni məhbuslar əlavə edilib. İnsanların öz əqidələrinə görə həbsi yolverilməzdir”, deyə Brasser bildirib.
O, Ştrasserə viza verilməməsini pisləyib, həmçinin Ştrasseri dəstəkləyən deputatların “anti-Azərbaycan lobbisi” adlandırılmasını qəbuledilməz adlandırıb.
“Bizim məqsədimiz birlikdə işləməkdir. Bütün ölkələrin AŞ-nın tələblərinə riayət etməsidir. Ölkəyə səfər üçün viza verilməsindən imtina qəbuledilməzdir”.
Eyni zamanda, britaniyalı deputat Robert Valter (Robert Walter)Aqramunt və Qrexin məruzəsini ciddi adlandırıb, Ştrasserin məruzəsini isə tənqidi qiymətləndirib.
“Onun məruzəsi bloqlara və QHT-lərin məruzələrinə əsaslanır. Hesab edirəm ki, bu, bizim işimizi nüfuzdan salır. Biz Ştrasserin məruzəsini qəbul etməyəcəyik”, deyə Valter bildirib.
Avropa Şurası ölkələrində siyasi məhbus olmamalıdır, onlar hamısı azad edilməlidir.
Lakin almaniyalı deputat Katrin Varner (Katrin Werner) məruzəçiyə monitorinq aparmaq üçün viza verilməməsinin yanlış olduğunu bildirib.
“Avropa Şurası ölkələrində siyasi məhbus olmamalıdır, onlar hamısı azad edilməlidir”, deyə Verner bildirib.
İtaliyalı deputat Luka Volonte Aqramunt və Qrexin məruzəsində Azərbaycandakı irəliləyişlərin qeyd edilməsi ilə razılaşsa da, məhkəmə, ifadə azadlığı sahəsində problemlər, jurnalistlərə hücumlar, siyasi məhbusların mövcudluğu ilə bağlı narahatlığını bildirib.
O, Ştrasserin məruzəsini də dəstəkləyib.
“Siyasi məhbuslar problemini həll etmək üçün bu barədə danışmaq lazımdır”, deyə italiyalı deputat bildirib.
Siyasi məhbusların bir hissəsi artıq cəza müddətini çəkib, həbsxanalarda ölənlər var. Eyni zamanda, yeni siyasi məhbuslar meydana çıxıb.
Almaniyalı deputat Viola von Qramon-Taubadel bildirib ki, siyasi məhbusların bir hissəsi artıq cəza müddətini çəkib, həbsxanalarda ölənlər var. Eyni zamanda, yeni siyasi məhbuslar meydana çıxıb.
Onun fikrincə, Azərbaycanın ədliyyə sistemi Avropa prinsiplərinə və normalarına uyğun deyil.
Norveçli deputat Liz Xristofersen (Lise Christofersen) qeyd edib ki, ölkədə əvvəlki kimi toplaşmaq azadlığı məhdudlaşdırılır, jurnalistlər və fəallar saxta ittihamlarla təqib olunur, onlar daim təhlükə altındadır. Norveçli deputat iki övladı Norveçdə qaçqın kimi yaşayan Naxçıvandakı hüquq müdafiəçisi Məlahət Nəsibovanı xüsusi qeyd edib.
Əvvəlki kimi toplaşmaq azadlığı məhdudlaşdırılır, jurnalistlər və fəallar saxta ittihamlarla təqib olunur, onlar daim təhlükə altındadır.
“Nəsibovanın Naxçıvanda qalan daha bir qızının qorxudulması davam edir”.
“Dəfələrlə buna son qoyulması barədə xəbərdarlıq etmişəm. Bu, AŞ-ın nüfuzunu şübhə altına qoyur”, deyə Kristofersen qeyd edib.
Fransalı deputat Jan Mari Bokel (Jean-Marie Bockel) Ştrasserin məruzəsininna natamam olduğunu və ona səs verməyəcəyini bildirib.
Digər fransalı deputat Rene Ruje(Rene Rouquet) məcburi köçkünlər probleminə və Qarabağ münaqişəsinin başa çatmaması ilə əlaqədar onların aydın gələcəyinin olmamasına diqqət çəkib.
Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev Ştrasserin məruzəsini təkzib edərək, Azərbaycanda insanlara qarşı əqidələrinə görə cinayət təqibi olmadığını bildirib.
“Biz demokratiya qurulmasında həmkarlarımızın köməyinə ümid edirik. Ştrasser özü Azərbaycanda olsa və hər şeyi öz gözləri ilə görsə yaxşı olardı”, deyə Rzayev bildirib.
Ştrasser özü Azərbaycanda olsa və hər şeyi öz gözləri ilə görsə yaxşı olardı.
Almaniyalı deputat Marina Şuster (Marina Schuster) hər iki məruzənin bir-birini tamamladığı barədə fikir bildirib və onları qəbul etməyə çağırıb.
“Assambleyamız Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyəti yoxlamağı tapşırıb. Təəssüf ki, o, ölkəyə gedə bilməyib və biz buna dözməməliyik”, deyə Şuster bildirib.
Rusiyalı deputat Boris Şpigel bildirib ki, diqqətin keçmiş İttifaq və Şərqi Avropa ölkələri üzərində cəmləşməsi ikili standartlar siyasətidir.
“AŞ nə vaxta qədər qərb ölkələrində pozuntulara diqqət yetirmədən bu ölkələrdə nəzarət həyata keçirəcək?”, o sual edib.
AŞ nə vaxta qədər Qərb ölkələrində pozuntulara diqqət yetirmədən bu ölkələrdə nəzarət həyata keçirəcək?
Fransalı deputat Jak Legendre (Jacques Legendre) Ermənistanda da 4 müxalifətçinin həbs edildiyinə diqqət çəkib.
“Biz bütün ölkələrdə pozuntular haqqında danışmalıyıq”, deyə o əlavə edib.
Ermənistanlı deputat Aripne Ovanisyan bildirib ki, Monitorinq Komitəsinin məruzəsi ölkədəki nöqsanları gizlədir və hakimiyyətin mövqeyinə, o cümlədən Qarabağ münaqişəsi üzrə mövqeyinə bəraət qazandırır.
Erməni deputatların tənqidinə cavabda Aqramunt yekun sözündə bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktdır.
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktdır.
Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bir ölkə üzrə eyni zamanda iki məruzənin müzakirəyə çıxarılmasını tənqidə məruz qoyaraq, AŞPA-da ilk dəfə belə bir şey gördüyünü qeyd edib.
“AŞ ölkələrə qarşı deyil, ölkələr üçün yaradılıb. Ştrasserin məruzəsi həddindən artıq qəribə təqdim edildiyi halda ona necə səs verə bilərik? Məruzədə ümumiyyətlə mövcud olmayan insanların adları var. Biz Ştrasserin əleyhinə deyilik, məruzənin əleyhinəyik. Onun məruzəsi ümumilikdə Avropa dəyərlərini sarsıdır”, deyə Seyidov bildirib.
Biz Ştrasserin əleyhinə deyilik, məruzənin əleyhinəyik.
Kanada nümayəndəsi (Kanada xüsusi dəvət edilmiş üzv statusuna malikdir) Korneliu Çisu (Corneliu Chisu) Azərbaycanda seçkilərin bir dəfə olsun demokratik qiymətləndirilmədiyindən narahatlığını ifadə edib.
O, Seçki Məcəlləsinə dəyişikliklər etmək zərurətini qeyd edib.
Kanadalı deputat həmçinin korrupsiya, dövlət orqanlarının qeyri-şəffaflığı, siyasi plüralizmin olmaması barədə danışıb.
“Kanada hesab edir ki, korrupsiya Azərbaycanla ticarət üçün ciddi maneədir. Biz QHT-lərin fəaliyyətinin asanlaşdırılmasına yönəlmiş qətnaməni dəstəkləyirik. Biz Azərbaycanı insan hüquqlarına riayət etməyə çağırmaqda davam edirik”, deyə Kanadalı deputat bildirib.
Kanada hesab edir ki, korrupsiya Azərbaycanla ticarət üçün ciddi maneədir. Biz QHT-lərin fəaliyyətinin asanlaşdırılmasına yönəlmiş qətnaməni dəstəkləyirik. Biz Azərbaycanı insan hüquqlarına riayət etməyə çağırmağa davam edirik.
Müzakirələrə yekun vuran Ştrasser qeyd edib ki, o, öz missiyasını yerinə yetirərkən, nədənsə onu Azərbaycana dəvət etməyiblər, indi isə ölkəyə gəlməməkdə qınayırlar.
“Mənim ölkəyə səfər etməyimə imkan vermədilər, məni subyektivlikdə ittiham edirlər. Məruzəm dərin araşdırmalara əsaslanır. Məruzəm qətiyyən terrorçulara qapı açmır (bunu rusiyalı Leonid Slutski və bir sıra digər deputatlar söyləyiblər). Biz məlumatı tamamilə müxtəlif mənbələrdən alırdıq. Biz ədalətsiz olaraq həbs edilənlər naminə işləməliyik”, deyə Ştrasser bildirib.
Lakin Ştrasserin məruzəsi üzrə qətnamə qəbul edilməyib. Onu 74 deputat dəstəkləyib, 125 deputat əleyhinə səs verib.
Bununla belə, Aqramunt və Qrexin 196 səs lehinə, iki səs əleyhinə olmaqla qəbul
Mənim ölkəyə səfər etməyimə imkan vermədilər, məni subyektivlikdə ittiham edirlər. Məruzəm dərin araşdırmalara əsaslanır.
Səhhəti narahatlıq doğuran siyasi məhbusların humanitar nöqteyi-nəzərdən azad edilməsi tövsiyə olunur. Bundan başqa, AŞPA-nın Azərbaycanda ehtimal olunan siyasi məhbuslarla bağlı əvvəlki qətnamələrinin tam həyata keçirilməsi tövsiyə olunur.
AŞPA-nın qətnaməsində, həmçinin Azərbaycanın seçki sisteminin ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Venesiya Komissiyasının təklifləri əsasında təkmilləşdirilməsi, QHT-lərin qeydiyyatında maneələrin aradan qaldırılması, beynəlxalq QHT-lərin qeydiyyatı prosedurlarının asanlaşdırılması, parlamentdə müxalifət fraksiyasının yaradılması üçün şəraitin təmin edilməsi və s. tövsiyə olunur.
Bu səsvermənin nəticələri təkcə mənim məğlubiyyətim deyil, həm də Assambleyanın hüquqi məsələlər və insan hüquqları komitəsinin və bütünlükdə Assambleyanın məğlubiyyətidir.