Accessibility links

İctimai Palata beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbuslarla bağlı kampaniyaya başlamağa çağırır


İctimai Palata
İctimai Palata

9 siyasi məhbus azadlığa buraxılsa da, xeyli siyasi məhbus həbsdə qalmaqdadır

Azərbaycanda siyasi məhbuslar problemi ölkə rəhbərliyinin avtoritar və insan haqlarına sayğısız münasibəti üzündən həll olunmamış qalır. Bu ilin iyununda, 2 aprel 2011-ci ildə Bakı şəhərində keçirilən aksiyalarda iştirakına görə həbs olunan 9 vicdan məhbusu beynəlxalq və yerli ictimaiyyətin uzun müddət davam edən təzyiqlərindən sonra azadlığa buraxılsa da, ölkə həbsxanalarında xeyli siyasi məhbus qalmaqdadır. Bu barədə İctimai Palatanın (İP) siyasi məhbuslarla bağlı bəyanatında deyilir.

Hazırda İP-nin 2011-ci ildə keçirdiyi aksiyalara görə həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli və hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsxanada saxlanması ilə yanaşı, jurnalistlər (Əvəz Zeynallı və digərləri), hüquq müdafiəçiləri (Müsavat Partiyasının üzvü Taleh Xasməmmədov və digərləri), söz və fikir azadlığına görə həbs edilən (“Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov), hicab probleminə etiraz edən xeyli sayda inanclı vətəndaş (İslam Partiyasının sədri Mövsüm Səmədov və digərləri), bütövlükdə 70-ə qədər vətəndaş şərlənərək həbsə atılmış və onların böyük əksəriyyəti hələ də həbsdədir.

Sənəddə deyilir ki, Azərbaycan hakimiyyəti öz üzərində ciddi təzyiq hiss etmədikcə, siyasi məhbusları azadlığa buraxmır, əksinə siyasi motivli həbsləri və repressiyanı davam etdirir. İP hesab edir ki, siyasi məhbusların azadlığına nail olmaq üçün Azərbaycan hakimiyyətinə qarşı yerli və beynəlxalq təzyiqləri davam etdirmək lazımdır.
“İctimai Palata yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbuslar probleminə diqqəti azaltmamağa, siyasi motivlərlə hələ də həbsdə saxlanan günahsız insanların bir an tez azadlığa buraxılması üçün yeni kampaniyalara başlamağa səsləyir”.

Sənəddə həmçinin deyilir ki, Quba və Sabirabadda siyasi tələblərlə çıxış etmiş sadə vətəndaşlara qarşı da repressiya maşını işə düşüb.
“2 aprel hadisələrinə görə həbs olunan və sonra əfv fərmanı ilə azadlığa buraxılan sabiq vicdan məhbuslarına məhkəmələrdə kəsilmiş cərimələrin onların pensiya kartlarından tutulması, ev əşyalarının siyahıya alınması repressiyaların davam etdiyini təsdiqləyir. İctimai Palata bu halı qətiyyətlə pisləyir və hakimiyyətdən bu qanunsuzluğa son qoyulmasını tələb edir”, - deyə bəyanatda qeyd edilir.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir. “Azərbaycanda heç kim siyasi əqidəsinə, fikrini azad ifadə etdiyinə görə həbs edilməyib. Azərbaycan hüquqi dövlətdir, vətəndaş hansı siyasi partiyanın üzvü olmasına baxmayaraq törətdiyi cinayətə görə hüquqi məsuliyyət daşıyır”, deyə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov dəfələrlə vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG