50 dövlətin rəsmiləri Çikaqoda NATO sammitinə toplaşıb

  • Amerikanın səsi

50 ölkənin rəsmiləri Çikaqoda hərbi alyansın gələcəyini müzakirə etmək üçün ikigünlük NATO sammitinə toplaşıblar.

Prezident Obamanın doğma şəhərində keçirilən toplantının gündəliyində Əfqanıstanın başlıca yer alacağı gözlənilir.

Hərbi alyans Əfqanıstanda təhlükəsizliyi tədricən əfqan qüvvələrinə təhvil verməyi planlaşdırır və 2014-cü ilin sonunandək 130 minlik xarici qoşunları həmin ölkədən çıxarmağı nəzərdə tutur.

NATO-nun baş katibi Anders Foq Rasmussen Pakistanın bu məsələdə mühüm rol oynadığını əsas gətirərək həmin ölkənin prezidenti Asif Əli Zərdarini sammitə dəvət edib. Pakistan bu həftə NATO-nun Əfqanıstana gedən təchizat yolunu yenidən açmağa razılıq verib.

Minlərlə adamın etiraz nümayişləri keçirəcəyi Çikaqoda ciddi təhlükəsizlik tədbirləri görülüb.