NATO liderləri alyansın Çikaqoda keçirilən sammitinin ikinci günündə Əfqanıstanı diqqətdə saxlayırlar.
Rəsmilərin bu gün təhlükəsizliyin yerli əfqan qüvvələrinə təhvil verilməsini müzakirə edəcəkləri gözlənilir.
Dünən Əfqanıstan prezidenti Həmid Karzay hökumətinin 2014-cü ildə xarici qoşunların ölkədən çıxmasına və təhlükəsizlik öhdəliklərini öz üzərinə götürməsinə ümidlə baxdığını söyləyib.
NATO baş katibi Anders Foq Rasmussen sammit iştirakçlarını əmin edib ki, Fransa qoşunlarının Əfqanıstanı erkən tərk etməsinə baxmayaraq alyans tələsik həmin ölkəni tərk etməyəcək.