Çikaqoda bazar günü NATO-nun zirvə toplantısına bir neçə gün qalmış Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo və Avropa Şurasının başçısı Herman Van Rompuy nəhayət açılış mərasimində iştirak etmək üçün rəsmi dəvət almışlar. Gecikməyə səbəb Türkiyənin etirazları olub. Rəsmi Ankara NATO və Avropa İttifaqı rəsmiləri tərəfindən eyni münasibətin göstərilmədiyini hesab edir.
Türkiyənin Xarici İşlər nazirliyinin sözçüsü Selcuk Ünal məsələni şərh edərək deyir ki, bir çox ölkələr açılış mərasiminə NATO-nun baş katibinin dəvət edilmədiyi halda, Avropa İttifaqının iki yüksək səviyyəli rəsmisinin iştirak etməsi ilə bağlı sual qaldırır. O bildirir ki, daha bir məsələ NATO ilə əlaqəsi olan beynəlxalq və regional təşkilatların dəvət edilməməsidir.
Selcuk Ünalın sözlərinə görə, məsələ həllini Avropa İttifaqı rəsmilərinin sammitin yalnız Əfqanıstana aid sessiyaları məhdudlaşdırılmaqla iştirakına dair razılıq əldə edildikdən sonra tap.b
Keçmiş diplomat Sinan Ülgen deyir ki, Ankaranın sammitdən öncə diplomatik manevrlərinin əsasında Türkiyənin Avtopa İttifaqına üzvlüyü məsələsi durur. “Bu, Tükriyənin üzvlüyü məsələsi ilə bağlı narazılıq, ruhdan düşmə və hətta antoqonizmin göstəricisidir”-deyə o bildirir. Diplomatın sözlərinə görə, bunun nəticəsi olaraq yaranmış bir neqativ mühitdə Türkiyə NATO ilə münasibətlərdə nüfuzundan istifadə edərək, Avropa İttifaqına təzyiq göstərir. Sinan Ülgen Türkiyə xarici siyasətində daha iddialı və qəti bir istiqamət götürüldüyü qeyd edir.
Siyasi müşahidəçilər Ankaranın Avropa İttifaqının qarşısına belə şəkildə çıxması Türkiyənin regionda nüfuzunun artması ilə əlaqədardır. Türkiyə Suriya, İran və İraqla həmsərhəddir. Ölkənin baş naziri Rəcəp Tayyib Ərdoğanın Ərəb Baharı ölkələrində nüfuzu və populyar siyasətçidir. Ankaranın Birləşmiş Ştatların müttəfiqi kimi əhəmiyyəti getdikcə artır.
İstanbulun Bahçeşehir universitetinin beynəlxalq əlaqələr üzrə ekspert Cengiz Aktar deyir ki, Vaşinqtonun dəstəyi Ankaraya mühüm strateji üstünlük verir. Onun fikrincə, Türkiyə Yaxın Şərq, Aralıq dənizi hövzəsi və hətta bəzi Avropa ölkələri ilə müqayisədə müyyən mənada üstünlüyə malikdir və hökumət bundan öz məqsədləri üçün istifadə edir.
ABŞ-ın Xarici Əlaqələr Şurasının bu ay açıqladığı hesabatında göstərilir ki, Türkiyənin əhəmiyyətinin artması Vaşinqtonun daha güclü əlaqələrin inkişaf etdirməsi ilə bağlıdır. Türkiyənin Xarici İşlər nazirliyinin sözçüsü Selcuk Ünal Ankarının daha iddialı siyasi kurs yürütdüyünü rədd edir. O deyir ki, Türkiyə kimi Avropa İttifaqının üzvü olmayıb NATO-ya daxil olan ölkələr bu münasibətlərdən bəhrələnərək öz legitim hüquqlarını müdafiə etməlidir.
Türkiyənin Əfqanıstan müharibəsi və Kosovoda sülhümühafizə missiyasında daha fəal rol oynamasını müşahidə edən siyasi icmalçılar Ankara və Brüssel arasında Avroatlantik alyans daxilində potensial gərginlik mənbəyinin qalacağı ilə bağlı xəbərdarlıq edir.