Accessibility links

Türkiyə İsrailin NATO sammitində iştirakına etiraz edir


Mavi Mərmərə gəmisi
Mavi Mərmərə gəmisi

Türkiyə 2010-cu ildə Fələstinə yardım aparan gəmidə türk fəallarını qətlə yetirməsinə görə hələ də İsrailin üzr istəmədiyini deyərək, bu ölkənin NATO sammitində iştirak etməsinə qarşıdır.

Türkiyə ilə İsrail arasında gərginlik 2010-cu ilin may ayında İsrail hərbi qüvvələrinin blokadada olan Qəzza Zolağına yardım aparan Mavi Mərmərə gəmisinə hücum zamanı 9 türkü qətlə yetirməsindən sonra başlayıb.

Keçən il sentyabr ayında Türkiyə BMT-nin reyd haqda bəyanatında İsrailin reydə görə üzr istəməsi tələb olunmadıqdan sonra İsrailin səfirini ölkədən çıxardı və İsraillə hərbi əməkldaşlığı dayandırdı.

XS
SM
MD
LG