Accessibility links

Türkiyə qanunvericiləri yeni konstitusiyanın mətni üzərində işə başlayıb


1980-ci ildə hərbi çevrilişdən iki il sonra təsdiq edilmiş konstitusiyanı əvəz edəcək yeni sənəddə mötədil hökumətin idarə etdiyi ölkədəki dəyikşikliklə əks etdiriləcək

Türkiyə partlamentinin üzvləri bu həftə yeni konstitusiyanı yazmağa başlayaraq, ölkənin hərbi keçmişi ilə bağlılığına son qoyacaq bir addım atır. Lakin yeni konstitusiyaya ehtiyacın olması ilə bağlı konsensusa baxmayaraq, proses ətrafında fikir ayrılıqları davam edir.

Türkiyə parlamenti 1980-ci ildə hərbi çevrilişdən iki il sonra təsdiq edilmiş konsitusiyanı yenisi ilə əvəz etmək üçün mətn üzərində işə başlayıb. Yeni konstitusiyada hazırda mötədil hökumət tərəfindən idarə edilən ölkədəki dəyişikliklər əks etdiriləcək.

İstanbulda Bahçeşehir univeristetində siyasi elmlər üzrə mütəxəssis Cengiz Aktar yeni konstitusiyanın ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayıb. O bunu Türkiyə Cumhuriyyətinin tarixində mühüm hadisə adlandıraraq, ölkənin gələcək inkilafıı yollarını göstərək və bütün insanların birgə yaşayşını təmin edəcək yeni sosial müqaviləyə ehtiyacı oluğunu bildirib.

Hərbi çevrilişdən sonra hazırlanmış hazırkı konstitusiyada azadlıqların müdafiəsi deyil, onların məhdudlaşdırıldığı deyilir.

Baş nazir Rəcəp Tayyib Ərdoğan bu ilin sonuna qədər hazırlanacaq sənəddə ölkə deyil, vətəndaşın mərkəzdə duracağını deyib.

Vətəndaş cəmiyyətləri qrupları, dini qurumlar və vətəndaşlar daha liberal konstitusiyanın yazılması prosesində iştiraka çağırılıblar. Ölkənin başlıca kürd partiyası olan BDP də prosesdə iştirak edir. Partiyanın parlamentdə təmsilçisi Ertuqral Kürkçü ehtiyatla nikbinliyini bölüşür. O bütün tərəflərin daha yaxşı konstitusiyanın yazılması prosesində iştirakını müsbət inkişaf adlandırır. Lakin onun sözlərinə görə, əsas çətinlik baş nazir Ərdoğanın prezidentlik hakimiyyətinin bərqərar edilməsilə bağlı istəkləri və ambisiyaları ilə bağlıdır.

Bəzi təhlilçilər Baş nazir Ərdoğanın daha güclü prezidentlik yaratmaq istəklərini Türkiyədə ən böyük siyasi sirr kimi şərh edir. Cənab Ərdoğan 2015-ci ildə vəzifə başında üçüncü dönəm müddəti bitdikdən sonra baş nazir postunda qalmayacağını deyib. Bazar günü baş nazir deyib ki, prezidentlik məsələsi müzakirə obyekti ola bilər. Lakin bütün müxalifət partiyaları hazırkı güclü parlamentar sistemdə hər hansı dəyikşikliyin əleyhinə çıxış edir.

Siyasi təhlilçi Aktar bu mübahisələrin yeni konstitusiya ilə bağlı hazırkı siyasi konsensus, hətta Türkiyədə demokratiya üçün təhlükə yarada biləcəyini deyir. Onun sözlərinə görə, bu, baş nazirə yaxın olan partiya ideoloqlarının nəzərdə tutduğu bir sistemdir. O bu sistemi ABŞ-da nəzarət və tarazlığın mövcud olduğu sistemdən daha çox, Rusiyadakı kimi hakimiyyətin bir şəxsin əlində cəmləşdiyi bir modelə daha oxşar olduğunu qeyd edir.

Yeni konstitusiyanın taleyi və prezidentlik sisteminə mümkün dəyişikliyin taleyi parlament və son nəhayətdə xalqın əlindədir. Cənab Ərdoğanın Ədalət və İnkişaf partiyası referenduma ratifikasiya olunacaq yeni konstitusiyanın qəbulu üçün kifayət qədər dəstəyə malikdir. Lakin müşadəçilər belə qəbul edilmiş konstitusiyanın ölkəni birləşdirmək əvəzinə, onun daha da qütbləşməsinə gətirib çıxaracağından ehtiyat edir.

XS
SM
MD
LG