İranda həbsdə saxlanılan iki amerikalının vəkili deyir ki, səyyahların azadlığa buraxılması imzası tələb olunan hakimin məzuniyyətə çıxması üzündən yubanır.
Məsud Şafei deyib ki, ikinci hakim yerində olmadığına görə o, Coş Fattal və Şeyn Bauerin 1 milyon dollar müqabilində zaminə buraxılması ilə bağlı sənədləri qaydasına sala bilməyib.
Hakimlərdən biri sənədlərə şənbə günü imza atıb. Məhbusun zaminə buraxılması üçün iki hakimin imzası tələb olunur.
Ötən ay İran Bauer və Fattala ölkədə casusuluq etmək ittihamı ilə səkkiz illik həbs hökmü oxuyub.