Accessibility links

İranın Ədliyyə Nazirliyinin bildirdiyinə görə, iki amerikalının azad edilməsinə dair heç bir qərar verilməyib

İranın Ədliyyə Nazirliyinin bildirdiyinə görə, casusluq ittihamı ilə İranda həbsdə saxlanılan iki amerikalının azad edilməsinə dair heç bir qərar verilməyib. Nazirliyinin bəyanatında bildirilir ki, məhkəmə Şeyn Bauer və Coş Fattalın vəkillərinin onların pul müqabilində zaminə buraxılması xahişini nəzərdən keçirir. Bəyanatda həmçinin məsələ ilə bağlı məlumatın yalnız nazirlik tərəfindən veriləcəyi bəyan edilir. Belə ki, amerikalıların azad ediləcəyinə dair xəbər İran prezidenti Mahmud Əhmədinejadın NBC tele-şirkətinə müsahibəsi zamanı səyyahların bir neçə gün ərzində azad edilə biləcəyini deməsindən sonra yayılıb.

XS
SM
MD
LG