İran nüvə yanacağı zənginləşdirən qurğularını 2009-cu ilədək gizli saxlanılan yeraltı obyektə köçürməyə başlayıb. İranın nüvə enerji məsələləri üzrə rəhbəri Firidun Abbasi dövlət televiziyasında sentrifuqaların İranın Natanz nüvə sahəsindən Qom şəhəri yaxınlığında yerləşən Fordo obyektinə köçürdüklərini bildirib. Abbasi bu plan haqda hələ iyun ayında söz açaraq demişdi ki, işlər Beynəlxalq Enerji Agentliyinin nəzarəti altında görüləcək. İran obyektin mövcudluğu barədə 2009-cu ildə Qərb kəşfiyyat agentlikləri obyekti aşkar etdikdən sonra açıqlama verib.