Amerika səfirliyi jurnalistə hücumu pisləyir

Səfirlik hesab edir ki, jurnalistlər hədə-qorxu olmadan azad şəkildə işləyə bilməlidir.

Amerikanın Azərbaycandakı səfirliyi aprelin 18-də müstəqil jurnalist İdrak Abbasova olan hücumu pisləyir. Medianın azadlığı hər bir demokratiya üçün vacibdir. Jurnalistlər hədə və qorxu olmadan azad şəkildə işləyə bilməlidir.

“Azərbaycan hökumətini dərhal və əsaslı cinayət araşdırmasına başlamağa və hücumda günahkar olanları məsuliyyətə cəlb etməyə cağırırıq”, - deyə səfirliyin bəyanatında deyilir.

Jurnalist İdrak Abbasov Bakının Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları sakinlərin evlərini uçurarkən çəkiliş aparıb və təhlükəsizlik əməkdaşları tərəfindən qəddarlıqla döyülüb.